Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61333
az

Türkiyədə azərbaycanlı qadına görə bank boşaldıldı - VİDEO

21:3917 Noyabr, 2021
202
CƏMİYYƏT
  • A

Antalyanın Manavqat rayonunda yerləşən banklarının birinin qarşısında azərbaycanlı qadının yaddan çıxartdığı çanta təşvişə səbəb olub.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, banka müştəri kimi əməliyyat etməyə gələn azərbaycanlı qadın çantasını yaddan çıxararaq orada saxlayıb. Bank işçiləri çantanın sahibini tapa bilmədiyindən polisə məlumat verib.

Hadisə yerinə çoxlu sayda polis və bomba zərərsizləşdirənlər göndərilib. Ehtiyyat tədbiri olaraq bank işçiləri çölə çıxarılıb və təhlükəsizlik tədbirləri görən polis işçiləri Manavqat Bələdiyyəsinə məxsus zibil maşınları ilə Antalya küçəsini bağlayıb.

Bomba axtaranlar əməliyyat zamanı çantanın içi yoxlayıb və heç bir təhlükəli əşya aşkarlamayıb.

Daha sonra polis tərəfindən çantanın sahibi tapılaraq banka çağrılıb.

Adının öyrənilməsi mümkün olmayan azərbaycanlı qadın bank filialına gələrək çantanın ona məxsus olduğunu bildirib. Polis qadının kimliyini araşdırdıqdan sonra çantasını özünə qaytarıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi