Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60930
az

Bakıda dəhşət: Vətən Müharibəsinin iştirakçısı olan leytenant öldürüldü -FOTO

16:4110 Noyabr, 2021
688
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölüb.

Nizami Rayon Prokurorluğundan  Oxu24.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov "Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş verən mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirmiş və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, öldürülən 1991-ci il təvəllüdlü Natiq Ramazanov İkinci Qarabağ Müharibəsinin iştirakçısı olub. O tik-tok"dan aktiv şəkildə istifadə edirmiş.
 
Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olan N.Ramazanov hərbi xidmət vaxtı kursda iştirak edərək leytenant rütbəsi alıb. 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayan ilk günlərdən Natiq könüllü müharibəyə yollanıb. Bölük komandiri kimi döyüşən Natiq Ramazanov Hadrutun, Füzulinin, Cəbrayılın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib. 
 
Natiq Ramazanovun müharibə zamanı çəkilən videosunu və fotolarını təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

FHN əməliyyat görüntüləri yayıb - VİDEO
Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb
FHN: Ötən sutka 9 nəfər xilas edilib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Ağcabədidə əməliyyatlar keçirdi