Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60925
az

“Kapital Bank” növbəti dəfə “Milli KSM” mükafatına layiq görülüb

16:0110 Noyabr, 2021
180
CƏMİYYƏT
  • A

“Kapital Bank” ASC Azərbaycanda III dəfədir ki, keçirilən “Milli KSM” layihəsi çərçivəsində daha bir mükafata layiq görülüb. Bu dəfə Qarabağ müharibəsinin bitməsinə həsr olunan, “Kapital Bank”ın dəstəyi ilə çəkilən “Qayıdış” qısametrajlı sənədli filmi qaliblər sırasında oldu.

Real əhvalatlar əsasında çəkilən filmdə I Qarabağ müharibəsi zamanı öz doğma yurdlarından köçmək məcburiyyətində qalan azərbaycanlıların sözlə ifadə edilməsi çətin, ancaq yaşayarkən qürur duyulan hisslərindən danışılır. Artıq məcburi köçkün sayılmayan həmvətənlərimiz doğma yurdları ilə bağlı xatirələrini bölüşərkən, hər birinin gözlərində kədər, üzüntü, itki, intizar, sevinc, fərəh, qürur hissini sezmək olur. Filmin ideya və ssenari müəllifi Ersel Serdarlı, quruluşçu rejissoru isə Can Özbaturdur.

Müsabiqəyə təqdim olunan bütün layihələri BMT-nin Baş Assambleyasının qəbul etdiyi 17 məqsəd əsas götürülməklə komissiya qiymətləndirib. Komissiyaya İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) və PROAKTİV PR Agentliyi daxildir.

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/krdt, “BirKart” sifarişi üçün – //kbl.az/tkstcrd.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gündən Cavanşir körpüsü bağlanır
Peşə təhsili müəssisələrində çalışan 10 nəfər cəzalandırıldı
Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
DİN əməliyyat keçirdi - 20 nəfər saxlanıldı