Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60500
az

"Sənin üçün namus əyninə geyindiyin dar şalvar, içi-çölü görünən koftandır"

19:3702 Noyabr, 2021
173
CƏMİYYƏT
  • A

Xalq artisti Afaq Bəşirqızı 11 yaşlı qızcığazın anasına səslənib:

"Yaşanan hadisə mənə çox pis təsir etdi. Hərçənd deyirəm ki, mühakimə etməyim, amma adamın ürəyi partdayır. Mən bu məsələdə anadan başqa heç kimi günahkar görmürəm. Bir də efirlərə çıxıb ağız dolusu danışan o qohum əqrabalar var ha.... Onlar uşağı elə mühakimə edirlər ki, sanki yad biri haqqında danışırlar.  

OXU24.COM moderator.az-a istinadən xəbər verir ki, uşağa təcavüz edən alçağı güllələsələr də, tikə-tikə doğrasalar da azdır. O, buna layiqdir. Bəs ana?  Ay "ana" bəs bu 8 aya qədər sənin qızın hamilədir, necə ola bilər ki, sən bunu hiss etməmisən? Axı biz də qadınıq. Uşağın qarnına su gəlib nə deməkdir?  Necə yəni qarnına su gəlib? Sən də bilirsən ki, hamiləlik təkcə qarından bilinmir. Yaxşı, bunun qarnına su gəlib, bəs sən 5 aydan sonra görməmisən ki, bu uşaqda dəyişikliklər baş verir, maraqlanmamısan ki, mənim uşağımın xəsətliyi nədir ki, onun qarnı bu gündədir? Sən maşınların qabağında dayanıb, şəkil çəkdirən qadınsan. Cinsiyyətinə görə sənə qadın deyirəm, ay qız. Sənin üçün namus əyninə geyindiyin dar şalvardır.  Sənin üçün qeyrət içi-çölü görünən koftandır. Səndə nə namus var, nə qeyrət. Bu hadisə çox ağırdır, həddindən ziyadə. Allah bizi bağışlasın". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi