Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
Ukrayna Silahlı Qüvvələri Tokmaka Excalibur mərmisi ilə zərbə endirib, yaralılar var
Ukrayna lombardlara termal kamera və dronların satışını qadağan edib
BÜTÜN XƏBƏRLƏR
60353
az

Üçlü sinirin iltihabı

01:0331 Oktyabr, 2021
216
CƏMİYYƏT
  • A

Üçlü sinirin nevralgiyası özünü çox güclü dözülməz ağrılarla büruzə verir.

Belə ağrıalardan qurtulmaq çox çətindir, adətən istifadə edilən ağrısızlaşdıran preparatlar bir çox hallarda effektsiz olur və insan saatlar və hətta günlər ərzində güclü ağrılardan əziyyət çəkir. Bu xəstəliyi müalicə etmək də olduqca çətindir. Xəstəliyin müalicəsi ilə nevropatoloq məşğul olur.

Üçlü sinirin iltihabı zamanı ağrı baş, üz, qulaq, göz, dil, dişlər (bir tərəfdə) nahiyəsində (sağ tərəfdə daha tez-tez) hiss olunur və getdikcə kəskinləşir. Ağrı ən güclü diş ağrılarını xatırladır. Bu səbəbdən bir çox hallarda xəstə ilk növbədə stomatoloqa müraciət edir. Lakin hətta dişləri müalicə etdikdən sonra tutmalar təkrarlanır.

Ağrı tutması bir neçə saniyədən, bir neçə saata və hətta bir neçə günə kimi davam edə bilər.

Hal hazırda üçlü sinirin nevralgiyası çox yayılmış xəstəlik sayılır. Son vaxtlar mütəxəssislər xəstəliyin xeyli cavanlaşmasını qeyd edir.

Xəstəliyin səbəbi üçlü sinirin herpes zoster virusu tərəfindən zədələnməsidir. Herpes zoster çox yayılmış virusdur. İnsanların əksər hissəsində bu virus var. İlk dəfə orqanizmə daxil olduqdan sonra herpes, digər viruslar kimi, burada həmişəlik qalır.

Bəli, virus insanların bir çox hissəsində var, lakin üçlü sinirin nevralgiyası bütün insanlarda inkişaf etmir. Xəstəliyin inkişafı üçün "əlverişli" şərait lazımdır - ilk növbədə immun sisteminin zəifləməsi. Bu isə soyuqdəymə və infeksion xəstəliklər, soyuqlama, xroniki streslər, ağır fiziki yükləmələr və s. nəticəsində olur. Müxtəlif immun sistemi pozulmaları, xəstəlikləri, onkoloji xəstəliklər olan insanlarda üçlü sinirin inkişaf riski artmış olur.

Hormonal dəyişikliklər (qadınlarda hamiləlik, klimaks) də xəstəliyin inkişafına təkan verə bilər.

Damar patologiyaları, damar divarlarının iltihabları, hipertoniya xəstəliyi, üz və kəllə damarlarının ateroskleroz xəstəliyi zamanı da üçlü sinirin nevralgiyasının inkişafı mümkündür.

Lakin yuxarıda qeyd etdiyimiz kimi, bunlar yalnız bu xəstəliyin inkişafına təkan verə bilər. Xəstəliyin səbəbi isə - herpes zoster virusudur.

Bu səbəbdən xəstəliyin ilk tutmaları da üzdə, boyunda, qulaqda xarakterli herpetik səpgilərlə müşayiət olunur (əvvəl şəffaf, sonra isə bulanıq maye ilə dolu olan xırda qabarcıqlar). Növbəti tutmalar zamanl səpgilər adətən olmur.

Əgər bu xəstəlik vaxtında və düzgün müalicə olunmazsa, ağrı tutmaları daha da tezləşir, uzanır və güclənir. Çeynəmə, əsnəmə, adi mimik hərəkətlər ağrılı olur, üzün zədələnmiş tərəfində dərinin həssaslığı dəyişilir (keyimə və ya əksinə toxunma zamanı ağrı, qarışqa yeriməsi hissi və s.).

Xəstəlik çox çətin müalicə olunur və müalicə uzunmüddətli olur. Əsasən müalicə xəstəxana şəraitində aparılır. Müalicə zamanı xüsusi antinevrotik preparatlar, hormonlar, herpes əleyhinə prepartlar, vitaminlər (xüsusilə B qrupu, C vitaminləri) istifadə olunur. Həmçinin xəstəyə fizioterapevtik müalicə də təyin olunur - ultrasəs, fonoforez, iynəbatırma, lazerlə müalicə və s.

Üçlü sinirin nevralgiyası zamanı müalicəvi bitkilər də geniş istifadə olunur. Bu bitkilərin arasında: biyan kökü, exinaseya, jenşen, dazı otu, mayaotu, pişikotu və s. Arı məhsulları da tətbiq edilir.

Bu xəstəlikdən əziyyət çəkən insanlar xəstəliyin kəskinləşmələrinin qarşısını almaq üçün özünü soyuqdan (soyuq külək, yelçəkən tutmanın inkişafına səbəb ola bilər), baş və boyun travmalarından, streslərdən, zəhərlənmələrdən qorumalıdır. Spirtli içkilər, siqaret əks göstərişdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

MURDARÇA : çox yerdə bilinməyən faydaları
Bu yarış selə görə təxirə salındı
Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil