Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60311
az

Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs saxlanıldı - VİDEO - FOTO

18:1530 Oktyabr, 2021
161
CƏMİYYƏT
  • A

Paytaxtın Xətai rayonunda yerləşən ticarət mərkəzlərindən birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin mağazanın arxa tərəfində yerləşən dəmir barmaqlıqları kəsərək ora daxil olduğunun şahidi olublar. Polislərin operativliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş Hacıqabul rayon sakini Faiq Səmədov saxlanılaraq ərazi üzrə 34-cü Polis Şöbəsinə təhvil verilib. Həmin şəxs tutulan zaman əlində olan dəmir parçası ilə müqavimət göstərmək istəsə də onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb. Faiq Səmədovun oğurluq niyyəti ilə obyektə daxil olması mağazanın təhlükəsizlik kameraları vasitə ilə də anbaan lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb