Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60220
az

Paşinyandan Zəngəzurla bağlı sensassion açıqlama: Müharibə olacaqdı...

22:2628 Oktyabr, 2021
425
CƏMİYYƏT
  • A

Ermənistan Baş naziri Nikol Paşinyan Milli Məclisdə hökumət saatı vaxtı deyib ki, Sünik (Zəngəzur) vilayətində yaranmış vəziyyətə görə məsuliyyətdən boyun qaçırmağa çalışmır.

Oxu24.com xəbər  verir  ki, O bunu keçmiş prezident Robert Koçaryanın himayə etdiyi müxalif "Hayastan" parlament fraksiyasının üzvü Anna Qriqoryanın sualına cavab olaraq çərşənbə günü deyib. Anna Qriqoryan soruşmuşdu ki, 2020-ci ilin dekabrında Azərbaycan hərbçilərinin Sünikdə lap yolların yaxınında peyda olmasına səbəb olan, erməni qoşunlarının geri çəkilməsinə kim əmr verib.

Paşinyan deyib ki, belə qərar qəbul olunmasaydı, orada döyüşlər başlanardı.

"Qərar müharibədən qacınmaq üçün qəbul olunub, çünki mən əmin idim ki, bu qərar olmasaydı, orada döyüş əməliyyatları başlanardı və biz həqiqətən Sünikdə ciddi problemlərlə üzləşərdik... Biz onlarla kilometr qabaqda dayanmışdıq, lakin, təəssüf, gəlib bu yerə çatdıq", - o deyib.

"Siz demək istəyirsiniz ki, qoşunların geri çəkilməsinə əmr verən şəxs Vağarşak Harutyunyandır [o vaxt Ermənistan müdafiə naziri olub]?" - millət vəkili davam edib.

"Yox, qoşunların geri çəkilməsinə mən əmr vermişəm, Vağarşak Harutyunuan həmin əmri yerinə yetirib", - Paşinyan etiraf edib.

Ötən ilin dekabrında Ermənistan ordusu Qafan ətrafındakı yüksəklikləri tərk etməklə öz postlarını Qafan meri Gevorq Parsyanın təbirincə, "Sovet sərhədlərinə"-dək çəkmişdilər.

Bu, Ermənistan-Azərbaycan-Rusiya arasında imzalanmış üçtərəfli razılaşmaya əsasən həyata keçirilib.

Bu hadisə Ermənistanda qəzəb yaratmış, günlərlə davam etmiş Baş nazir Nikol Paşinyanın istefasına səsləyən etirazları daha da qızışdırmışdı

Bu hadisədən əvvəl Ermənistan mənbələri yazıb ki, Azərbaycan hərbçiləri Ermənistanın Sünik vilayətinin sərhəd əraziləri olan Şurnux və Vorotan kəndlərinə gedərək rus sərhədçilərlə danışıqlar aparıb və Gorus-Qafan yolunun sağ tərəfinə düşən, bağların və 12 evin olduğu ərazinin Azərbaycanın ərazisinə düşdüyünü deyib.

Bu barədə indiyədək nə Azərbaycan, nə də Rusiya rəsmiləri şərh veriblər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hövsanda iki avtomobil toqquşub, xəsarət alan var
Azərbaycanın tanınmış şairi vəfat etdi - FOTO
Bakı metrosunda sərnişin öldü

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü