Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60009
az

Vaksindən imtina edən şəxslər koronavirusa yoluxarsa, öz xərcləri hesabına müalicə olunsun”

20:3624 Oktyabr, 2021
210
CƏMİYYƏT
  • A
Son günlər Azərbaycanda koronavirusa (COVİD-19) yoluxanların sayında kəskin artım qeydə alınır. Yoluxmalar xüsusilə orta məktəb müəllimləri və şagirdləri arasında çoxluq təşkil edir. Nəticədə ölkədə bir neçə məktəb tamamilə bağlanıb, bir çoxunda isə siniflər distant təhsilə keçib. Həmçinin universietlərdə də yoluxma hallarına görə qruplar onlayn dərslərə keçməli olub. Bəs görəsən, belə bir situasiyada Operativ Qərargah hansı qərarlar qəbul edə bilər? Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Qüdrət Həsənquliyev cavablandırıb. O bildirib ki, yoluxmanın sayının artdığı təqdirdə müəyyən məhdudiyyətlərə getmək lazımdır: “Burada insan həyatından söhbət gedir. Bundan başqa vaksinasiya prosesini sürətləndirmək lazımdır. Təklif edirəm ki, vaksindən imtina edən şəxslər koronavirusa yoluxarsa, onlar öz xərcləri hesabına müalicə olunsun. Dövlət onların müalicəsini öz üzərinə götürməməlidir. Bu da təqribən 3 min manata yaxın vəsait deməkdir. Yaxın günlərdə parlamentin iclaslarında bununla bağlı məsələ qaldıracam. Bununla bağlı qanunvericilik səviyəsində, yaxud Nazirlər Kabineti tərəfindən belə bir qərar verilə bilər. Vaksinasiya prosesini sürətləndirmək üçün bu vacibdir”. Deputat bildirib ki, yoluxma sayı daha da artarsa, müəyyən məhdudiyətlərin tətbiq edilə bilər: “Biz gözləyə bilmərik ki, günlük yoluxma statistikası 4-5 mini ötsün. Lazım gələrsə, məktəblər və universitetlər də bağlana bilər. Qonşu ölkə Rusiyada 8 günlük tətil elan edilib. Çində hansısa ərazidə 20-25 yoluxma olduğu halda həmin ərazinin tam qapanması ilə bağlı qərar veriilir. Bizdə isə günlük yolxuma sayı 2 mini keçir. Hesab edirəm ki, hökumət bu məsələdə həssas davranmalıdır. Məhdudiyyətlərin tətbiq olunması barədə düşünmək lazımdır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü