Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59938
az

Saakaşvilinin yeni videosu yayıldı

18:5922 Oktyabr, 2021
404
  • A



Gürcüstanın "İmedi” telekanalı ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin yeni videosunu yayıb.

Oxu24.com "Qafqazinfo”ya istinadən xəbər verir ki, video Saakaşvilinin Gürcüstanda içərisində gəldiyi treyler avtomobildə lentə alınıb.

Telekanal videonu sabiq Prezidentin telefonundan paylaşıb. Belə ki, Saakaşvili telefonunda "ehtiyat” video çəkib saxlayıb. 

Saakaşvili videoda qaçırıldığını və bunun kim tərəfindən edildiyini bildirmir.

"Bu, qaçırılmadır. Mən bilmirəm, bu, kimə və hansı ölkənin xüsusi xidmət orqanlarına sərfəlidir. Hətta məni hansı istiqamətə apardıqlarını da bilmirəm. Lakin məndə video var. Çox yaxşı gizlətdim, onlar fərqinə varmadılar, görmədilər”, - deyə Saakaşvili videoda deyir.

Telekanalın iddiasına görə, Saakaşvili Gürcüstana gələ bilməyə nail olmadıqda özünün qaçırılması barədə şayiələr yaymağı planlaşdırıb.

Mixail Saakaşvili öz növbəsində barəsində yayılan videoya münasibət bildirib: "Müxtəlif ekzotik yerlərdən təbəssüm etdiyim videoları yaymaqdansa, gürcü xalqı və beynəlxalq ictimaiyyət məndən hər şey barədə həqiqəti eşitsinlər deyə hökumətə məsləhət görürəm və qəti şəkildə tələb edirəm ki, məni məhkəməyə aparsınlar”

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər