Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59745
az

Qazın və elektrikin qiyməti niyə artırıldı? - Ekspertdən açıqlama

20:5916 Oktyabr, 2021
516
CƏMİYYƏT
  • A

"SOCAR öz illik hesabatlarında 2016-cı ildən başyaraq hər il qazın maya dəyərinin daxili bazardakı satış qiymətlərindən aşağı olmasını vurğulayıb. Düzdür, bu göstəricilər hər il dəyişsə də, amma qazın daxili bazarda rentabelliyi əldə edilməyib. Çünki qiymətlər dövlət tərəfindən tənzimlənir".

Bunu enerji məsələləri üzrə ekspert İlham Şaban Feysbuk hesabında yazıb.

Yeni tarif dəyişikliklərinin İZAHI
O bildirib ki, qazın ən böyük istehlakçısı Azərbaycan bazarında elektroenergetika sektorudur:

"Ona görə də "Azərkontrakt" qiyməti artırdığı təqdirdə elektrik enerjisinin satış qiymətinin artımı başadüşüləndir.

Təbii qazın hasilatı və satışı prosesində dövlət üçün yaranan zərərin aradan qaldırılması istiqamətində addım atılır. Enerji təchizatı sahəsinin dövlət büdcəsindən asılılığı subsidiyalaşdırılma azalır.

Nəhayət, bu addımlar ona görə atılır ki, dövlətin neft sektorundan əldə etdiyi qazanc son illər azalma nümayiş etdirir və hasilatın da təbii yolla azalması fonunda bu gəlirlərin artımına ümid etmək əbəsdir, buna görə də dövlət enerji sektoruna əvvəllər ayırdığı subsidiyaları yavaş yavaş azaltmağı və bir müddət sonra bazar relsləri üzərinə keçirməyi planlaşdırır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı
Faşizm üzərində qələbədən 79 il ötür
Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO