Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5919
az

MAAŞ VƏ PENSİYA KARTLARINDAKI VƏSAİTİN 50%-NİN ÇIXARILMASINA MƏHDUDİYYƏT QOYULA BİLƏR

19:5308 Oktyabr, 2018
995
CƏMİYYƏT
  • A
 Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı bu günlərdə daha bir addım atıldı. Prezident İlham Əliyev “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiqlədi.

Proqramın icrası nəticəsində Azərbaycanda nağdsız ödənişlərin illik həcminin təqribən 17 mlrd. manat artacağı gözlənilir. Son nəticədə bütövlükdə iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-ə düşməlidir. Hazırda Azərbaycanda ümumi pul dövriyyəsi 200 mlrd. manata yaxındır ki, bunu da cəmi 26%-i nağdsız formadadır.
Qeyd edək ki, Azərbaycanda sayı getdikcə artan ödəniş sisteminlərinin sayəsində hər il plastik kartlarla internet ödənişlərində 10%, POS-terminallarla ödənişlərdə isə təxminən 2 dəfə artıma nail olunur. Bununla belə, ölkədə nağdsız ödənişlərlə bağlı vəziyyət hələ ki, qaneedici səviyyədə deyil.

Oxu24.com-un Report resursuna istinadən məlumatına görə, əhali arasında nağdsız ödənişlərə maraq oyatmaq üçün maarifləndirmə işləri ilə yanaşı bir sıra rıçaqlardan da istifadə etməyə ehtiyac var. Məsələn, bir sıra ölkələrdə əhalinin aztəminatlı təbəqəsinə “Bank bank hesabı” adlı xidmət göstərilir ki, bu da onların maliyyə xidmətlərinə çıxış imkanlarını artırır, insanları nağdsız ödənişlər aparmağa stimullaşdırır.

Bundan başqa, vətəndaşların maaş və pensiya kartlarındakı pulun bir hissəsini (ilkin dövr üçün 50%-ni) nağd formada xərcləməsinə məhdudiyyət qoyula bilər. Yəni, inzibati yolla da nağdsız ödənişlərin payını artırmaq mümkündür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ