Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59022
az

Ruzi əslində nədir? Ruzini necə artırmaq?

23:3030 Sentyabr, 2021
590
CƏMİYYƏT
  • A

Bir çoxlarımızın səxavət mövzusunda axsamağımızın səbəbi budur ki, ruzi və qazanc haqqındakı fikirlərimiz yanlışdır. İş görmək bizim üçün bir fəxrdir. Vilayətə görə olan fəxr kimi, insana görə olan fəxr kimi. Yəni insan gündəlik gəlirini əldə edən zaman insanlara ehtiyac duymamalıdır. Əksinə başqaları üçün xeyir və bərəkət qapısı olmalıdır.

Ona görə də hər bir müsəlman zəhmət çəkməli və iş görməlidir, tənbəllik etmək müsəlmana yaraşmaz. Əgər ruzinizin çox olmasını istəyirsinizsə, xoş əxlaqlı və insaflı olun. Hesab və kitabınız nizamlı olsun. Borc verməyi bacarın və əmin olun ki, həmin borc bir gün sizə qayıdacaqdır.

Əgər ticarətlə məşğulsunuzsa, aldanmayın, çünki canavarlar çoxdur: mal canavarları, din canavarlar. Hesab etdiyiniz qədər xərcləyin, çox deyil.

İşin misalı - bir bulağın misalına bənzəyir. Özünüz və başqaları da həmin bulaqdan sirab olursunuz. Əgər az iş görsəniz, o bulaqdan su içənlərin suyunu az vermiş olarsınız. Ona görə də Məsumlar (ə) buyurur: "İş görən insan ki, rəhməti insanların halına şamil olar, Allahın həbibidir".

Mühüm odur ki, insan işinə ciddi yanaşsın. Onu qorusun. O biri tərəfdən isə ruzisini Allahdan istəsin və Ona təvəkkül etsin. Biz insanlar istəyirik ki, öz zəhmətimizlə ruzi qazanaq. Ancaq unutmayaq ki, ruzi verən - Allahdır. Allah bizə müştəri göndərir və gəlirimizi bərəkətli edir.

Biz Alah dərgahında təyin olunmuş qədər ruziyə malik olarıq, nə az və nə də çox. Bizim ruzimiz o qədərdir ki, bizə lazımdır. O şeyi ki, bağışlayır və ya sədəqə veririk, o bizim ruzimiz deyildir. Başqalarının ruzisidir. Nəhayət öz əsl sahiblərinə çatar.

Ona görə də biz gərək öz vəzifəmizə əməl edək. Yəni, işimizi kamil şəkildə görək, ancaq ruzini Allahdan bilək, özümüzdən deyil. Bu zaman rahat şəkildə səxavətli və fədakar ola bilərik. Peşəmiz hər nə olursa-olsun, vəzifəmiz ona yaxşı əməl etməkdir. Bu aləmdə mühüm olan odur ki, Allahın və Əhli-beytin (ə) əmrini yerinə yetirək.

Hümmət - ruzinin müqəddiməsidir. Allah ruzini hümmətə aid edər və əgər biz hümmət etməsək, həmin ruzi bizə çatmaz. Ona görə də səy və hümmət - ruzinin amilidir. Ancaq yenə də deməliyik ki, ruzini verən Allahdır. Biz ancaq özümüzə aid olan qədərini istifadə edərik.

Bəhlula deyirlər ki, çörək bahalaşıb. Gülüb deyir: "Bu ki, mənə aid deyildir, Allaha aiddir. Bu gündən işi çoxalmışdır. Çünki misal üçün bir dirhəm yerinə mənə iki dirhəm yetirməlidir ki, mən çörək yeyə bilim".

Beləliklə, deyə bilərik ki, ruzi o deyildir ki, çatır. Ruzi odur ki, biz o qədərini istifadə edirik. Allah ruzini hamıya verir, lakin bizim haqqımız yoxdur ki, səxavətində hamını şərik bilək. Allahın bütün işləri hikmət üzərindədir. Biz gərək çoxlu niyə və nə üçün sualını verməyək. Biz məhduduq, ancaq O, sonsuz. Ancaq Allah bizə buyurub ki, bəzilərinin ruzini çox verir. Çünki Allah onları sevmir və istəmir ki, başlarını qaldırıb "Allah" desinlər. "Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır". ("Ali-İmran" 178).

Bəs ruzini artıran amillər nədir?

Ata və anaya yaxşılıq etmək, möminə məhəbbət bəsləmək, sədəqə vermək, xoş xasiyyət olmaq - ruzinin artmasına səbəb olar. Əgər diqqət etsək görərik ki, bu əməllərin hamısında səxavət vardır. Yəni, o zaman ki, malınla, dilinlə, əlinlə, baxışınla Əhli-beyt (ə) dostlarını sevindirirsən, niyyətin Həzrət Zəhranı (s.ə) şad etməkdirsə, bu zaman Allah ruzini artırar. Rəzzaq Allah sənin ruzini artırmayıb, kimin ruzisini artıracaq ki? Yenə də qeyd edirik ki, ruzinin malla fərqi vardır. Mömin zahirdə çox mal və sərvət sahibi görünməsə də, ruzisi çoxdur. Çünki o, Həzrət Peyğəmbərin (s) yoluna qədəm basmışdır. Onun kimi kərim və səxavətlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ