Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58969
az

Zülfiyyə Bayramova: “Dünyam dağıldı, müharibə bitənə qədər Bakıya qayıtmadım!” - FOTO

22:2927 Sentyabr, 2021
741
CƏMİYYƏT
  • A

Aparıcı Zülfiyyə Bayramova sosial şəbəkə hesabında "Anım günü" ilə bağlı paylaşım edib.

OXU24.COM baku.ws-ə istinadən bildirir ki, o, II Qarabağ müharibəsində şəhid olan yaxın dostunun övladı Əmrahla bağlı xatirələrini bölüşüb. Onun şəhid xəbərini eşitdikdən sonra uzun müddət Bakıya qayıda bilmədiyini deyib:

"27 sentyabr, 2020-ci il, bazar günü idi. Yuxudan oyananda gördüm İlqar yerində yoxdu, maşın da həyətdə deyil. Zəng edirəm ki "Haradasan?" Xoşbəxt səslə dedi ki "Müharibə başlayıb və mən Horadizə gedirəm".

Bir gözün ağlayıb, bir gözün gülməyinin nə demək olduğunu mən onda anladım. 2 oğlu əsgərlikdə olan, eyni zamanda Vətənini övladları qədər sevən ananın bir gözü sevincdən gülsə də, diğər gözü "birdən balalarıma bir şey olar" deyib, ağlayır.

Ardınca qardaşımın yoldaşı zəng edir "Müharibə başlayıb, Hamlet də getdi". Qardaş yükü də gəlir oğul, ər yükünün üstünə. Birdən Əmrah düşür yadıma, amma tez özümə təsəlli verirəm ki, "Yox o Bakıda xidmətdədir, yəqin ki, aparmazlar". Sonra eşidirəm ki, onları da aparıblar.

Bacımın oğlu gəlir ki, "Xala mən könüllü gedirəm, haqqını hallal et, müharibədir, bilmək olmaz". Getmə deyə bilmirəm, desəm də faydası olmayacağını gözəl bilirəm.

Bu böyük ev get gedə daralır, bir divan qalır, bir də televizor. O divanda oturub, nəfəs çəkmədən televizordan alacağım xəbərlərə baxıram. Alınan torpaqlar bir gözümü güldürür, şəhid xəbərləri digər gözümü ağladır. Əmrahın itkin düşmə xəbərini eşidirəm. Bu dəfə dünyam daralır, nəfəsim boğazıma düyünlənir və yenə işə gedirəm, amma indi yalvarmağa yox, məzuniyyət götürməyə.

Məzuniyyət götürüb Əmrahımı axtarmağa gedirəm. Yol boyu onu tapacağımı, boynuna sarılacağımı xəyal edirəm. Beyləqana çatanda Əmrahın şəhid oldunu öyrənirəm. Sanki dünyam dağıldı və mən müharibə bitənə qədər bir daha Bakıya qayıtmadım. Təsəllim o odun alovun içində olub balalarıma bir nəfəs yaxın olmaq idi".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO
Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO