Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58698
az

İnsan bildiyinə əməl edərsə, Allah ona bilmədiyini öyrədər

19:4519 Sentyabr, 2021
767
CƏMİYYƏT
  • A

"Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir". ("Ənam" 122). Bu ayə ilk baxışda mömin ilə kafir üçün çəkilən bir məsəldir. İmansız insan - ölü kimidir və yaxşı ilə pisi ayırd edə bilmir. Lakin o kəs ki, iman tofiqinə nail olmuşdur və mömin sayılır, hər bir şeyi dərk edir və özünü şərdən qoruya bilir. Başqa sözlə desək, bu ayə xüsusi bəndələrə nəsib olmuş həyatdan bəhs edir.

Mömin o kəsə bənzəyir ki, getdiyi yolda əlində çıraq vardır. Nurun təsirindən yolu yaxşı görür və düz yolda hərəkət edir. Lakin kafir o kəsdir ki, qaranlığa qərq olmuşdur. Nə bir nuru vardır ki, onun vasitəsilə görsün və nə bir yolu vardır ki, ondan xaric ola bilsin.

Ona görə də Allah bu ayədə küfrü ölümə, imanı isə həyata bənzətmişdir. Hidayəti nura və yolunu azmağı qaranlığa bənzətmişdir. Bu ayənin məqsədi insanlara bu mövzunu məsəl vasitəsilə dərk etdirməkdir.

O insan ki, maddiyyata can atır və ona adət etmişdir, möminlə kafir arasındakı fərqi bilmir. Zahirdə hər ikisinin arasındakı fərq çox azdır. Belə ki, hər ikisi yeyir, içir, yatır, evlənir və dünyadan bəhrələnirlər. Bu insanlara Allah Təala başa salmaq istəyir ki, mömin hidayət nuruna malikdir və bu nur onu yolla quyu arasındakı fərqi görməyə yardım edir. Lakin kafir bir ölüdür və qaranlıqdadır.

Allah Təala bu ayədə xüsusi bəndələrinə nəsib olacaq üstün həyatdan bəhs etmişdir. Əllamə Təbatəbai bu haqda buyurmuşdur ki, Allah Təala Qurani-Kərimdə İlahi insanlara cavidan həyatı nisbət verir ki, öləndən sonra da bitməz və davam edər. O həyatda əzab, əziyyət, zillət və bədbəxtlik və başqa rəzil sifətlər mövcud deyildir. Belə həyata sahib olan Allahın lütfünə qərq olar. Onlar xeyirdən başqa bir şey görməzlər. Səadətdən başqa bir şeylə rastlaşmazlar. Davamlı olaraq təhlükəsiz yerdədirlər və ləzzət içində yaşayırlar.

Onlar elə şeyləri görür və eşidirlər ki, başqaları ondan məhrumdurlar. Baxmayaraq ki, əməl və rəftarları başqa insanlara bənzəsə belə.

Heyvanlar yemək yemək və inkişaf etməklərinə görə bitkilərə bənzəyərlər, lakin iradə baxımından ondan üstündürlər. Eləcə də kafirlə mömin yaşayış baxımından bir-birinə bənzəyirlər, ancaq iradə və dərk baxımından möminlər üstündür. Çünki onlar elə şeyləri dərk edir və başa düşürlər ki, başqalarının ona taqəti çatmır. Onlar elə şeylərə iradə edirlər ki, başqaları ondan acizdirlər.

Elə ona görə də Allah Təala möminlər üçün xüsusi həyat vəd edir ki, imanları və saleh əməlləri qarşılığında onlara əta ediləcəkdir.

Bu ayədə adı çəkilən nur isə həmin imandır. Belə ki, Peyğəmbərdən (s) gələn hədis bunu təsdiq edir. Həzrət (s) buyurur: "Hər kim alim olduğu şeyə əməl edərsə, Allah bilmədiyi elmi onun ruzisi edər. O şeyi ki, bilmir, ona öyrədər". Yəni o zaman ki, iman insan ürəyinə daxil olar, onun əqidəsi və əməli dəyişər. Həmin imana uyğun olaraq, əməl etməyə başlayar. Necə ki, əxlaq fəzilətləri insanı ona uyğun rəftar etməyə vadar edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc