Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58602
az

İnsanın zəkasını və məntiqini artıran qidalar

00:0117 Sentyabr, 2021
708
CƏMİYYƏT
  • A

İnsanın ən vacib orqanı ürəyi deyil, beynidir. Əsil insan dedikdə ilk növbədə ağılı və zəkası ilə qarşısındakını heyran qoyan adam göz önünə gəlir. İnsanın beyni, zəkası nə qədər zəngin olarsa o, ətraf mühitə və ətrafdakılara qarşı daha kamil olar və rastlaşdığı problemlərin həllini daha tez tapar.
Beyin hüceyrələrinin yaxşı işləməsi və impulsların bir-birinə maneəsiz ötürülməsinə yardımçı olan bəzi qida məhsulları vardır. Bunlar aşağıdakı qida məhsullarıdır:
1.Taxıl məhsulları.
Beyin üçün ən yaxşı təsirə malik qida taxıl bitkiləridir. Taxıl bitkilərinin tərkibində qlükoza vardır. O beyin üçün lazım olan enerji və karbohidratları daşıyır.
2. Dəniz məhsulları.
Həftədə 2-3 dəfə balıq yemək beyinin funksiyalarının yaxşı çalışmasına yardımçı olur. Omeqa 3  yağı ilə zəngin olan dəniz məhsulları beyin hüceyrələrinin yenilənməsinə kömək edir.
3. Yemişan meyvəsi.
Yemişan meyvəsinin və çayının tərkibində olan A, B, C vitaminləri, selen, maqnezium, fosfor, sink beyin sinirlərini qoryuyr. Vaxtaşırı yemişandan istifadə edənlərin Alsheymer xəstəliyinə tutulmadıqları söylənilir.
4. Pomidor.
Tərkibindəki fosfor, dəmir, kalsium və başqa mineralların sayəsində pomidor beyin hüceyrələrinə yaxşı təsir göstərir.
5. Brokkoli kələmi.
Tərkibində olan A, B6, B2, B3, C və E vitaminləri, kalsium, maqnezium, fosfor, sink və sodium sayəsində beyin hüceyrələri yenilənir. Gündəlik süfrəsində brokkoli kələmindən istifadə etsəniz bunun nə qədər faydalı olduğunu görəcəksiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı