Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58214
az

Hüquq müdafiəçisindən Gömrük Komitəsinə DƏRƏBƏYLİK İTTİHAMI: "Bu zərəri siz ödəyəcəksiniz"

19:2907 Sentyabr, 2021
407
CƏMİYYƏT
  • A

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Dövlət Gömrük Komitəsinin fəaliyyətini tənqid edib.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O, bildirib ki, Gömrük Komitəsinin əməkdaşlarının heç bir qayda-qanuna tabe olmayan kobud davranışları oğlunun səfərinin təxirə düşməsinə səbəb olub:

“Bu gecə Moskva uçuşunun sərnişini olan oğlumun əməkdaşlarınızın qeyri-peşəkarlığı sayəsində səfəri baş tutmadı, bileti batdı. Juna səbəb isə gömrüyün əməkdaşlarının Yaponiya istehsalı olan və kütləvi satışı 100 dollar təşkil edən fotoaparatı antikvar hesab etmələri olub. Məsələ ondadır ki, bunu əsaslandıracaq nə sənəd, nə də qanunvericilik üzrə bənd ortaya qoyublar. Əsas səbəb bu olub ki, “mən belə deyirəm”. Əgər bu sahədə ekspertiniz yoxdursa, bu sizin probleminizdir. Nəyə görə vətəndaş sizin əməkdaşların qeyri-peşkarlığından ziyan çəkməli, yaradıcılıq görüşünü itirməli idi?! Yeri gəlmişkəm, həmin fotoaparatla oğlum dəfələrlə səfərdə olub. Adam deyir ki, bu mənim çörək ağacımdır və həmişə mənimlə olur. İndi bir zəhmət şikayətlərimizə cavab verin. Qaynar xətt və Sədrə müraciətlərimiz var. İki əməkdaşın qeyri-peşəkarlığının kompensasiyasını qurum olaraq ödəyin”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
Xalq artistinin qızı nişanını qaytarıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ