Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58147
az

Evlilik insan üçün rahatlıq mənbəyi olmalıdır

18:5905 Sentyabr, 2021
581
CƏMİYYƏT
  • A

"Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir". ("Rum" 21).

"Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur". ("Əraf" 189).

Həqiqətən, həyat yoldaşı insan üçün rahatlıq mənbəyidir. İlahi nemətlərdən biri hesab edilir. Bu rahatlıq o zaman yaranar ki, hər iki tərəf bir-birini tamamlasın. Bir-birinin şadlıq və sevinc mənbəyi olsunlar. Biri o biri olmadan naqis qalar. (Tebyan)

Evliliyin həm fərdi və həm də ictimai faydaları vardır. O kəs ki, evliliyi inkar edər, çox sayda xəstəlikdən əziyyət çəkər ki, onlardan biri də psixoloji xəstəliklərdir. İctimai cəhətdən subay insanlar daha az məsuliyyət hiss edirlər. Elə ona görə də cəmiyytdə intihar halları və cinayətlər artmaqdadır. O zaman ki, cavan subaylıqdan evlilyə addım atar, özündə yeni bir şəxsiyyət hiss edər. Məsuliyyəti artar və evlilik nəticəsində ruhu rahatlıq tapar.

Bir cəmiyyət insanlardan təşkil olduğu üçün onların arasında rabitə qurmaq və evliliyik zəruri məsələlərdəndir. Ancaq bu zaman cəmiyyət bir toplum halına gələ bilər. Çünki Allah bizləri ictimai xəlq etmişdir.

Ayələrdən çıxartdığımız nəticələr. ("Rum" 21 və "Əraf" 189).

1. Xaliq bizləri hədəflə xəlq etmişdir.

2. Qadınla kişi eyni cinsdəndirlər.

3. Həyat yoldaşı gərək rahatlıq mənbəyi olsun, gərginlik deyil.

4. Evlilikdə hədəf - həm ruhi və həm də cismi rahatlığa çatmaqdır.

5. Həyat yoldaşının rolu - rahatlıq yaratmaqdır.

6. Məhəbbət İlahi hədiyyədir ki, mal və məqamala əldə edilməz.

7. Hər kim hansısa bir əməllə ailə rahatlığını aradan apararsa, İlahi dairədən xaric olar və şeytanın xəttinə daxil olar.

8. Qadınla kişinin rabitəsi gərək sevgi və mərhəmət üzərində olsun.

Allah Təala ailələrimizi möhkəm və dəyanətli qərar versin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı
Günün qoroskopu: Mühüm qərarları tələsmədən qəbul edin7 Oktyabr 2023 

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO