Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58070
az

ÜST-dən koronavirusun yeni “mu” ştamının yayılması ilə bağlı ŞƏRH

22:0802 Sentyabr, 2021
709
CƏMİYYƏT
  • A

"Koronavirusun yeni "mu” ştamının orqanizmin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır".

Bunu OXU24.COM-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazarkeviç bildirib.

"Ştam mutasiyalara malik olduğundan maraq doğuran variant kimi müəyyən edilib. Bu mutasiyaların insan orqanizminin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır. Virusların təkamülü ilə bağlı ÜST-ün İşçi qrupuna təqdim edilmiş məlumatlar göstərir ki, xəstəlik və ya vaksinləmə nəticəsində formalaşmış immunitet bu ştama qarşı o qədər də təsirli olmaya bilər. Bu məlumatı təsdiq etmək üçün əlavə araşdırmalar aparılmalıdır",- o bildirib.

Onun sözlərinə görə, koronavirusun yeni "mu” ştamı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib. GISAID-in (Qrip barədə məlumatların mübadiləsi üzrə Qlobal təşəbbüs qrupu) avqustun 29-na olan məlumatına görə, indiyədək "mu” ştamına dünyanın 39 ölkəsində 4 500-dən çox yoluxma halı qeydə alınıb.
"Dünyada "mu” ştamının yayılması halları azalmaqdadır. Hazırda yoluxmaların yalnız 0,1 %-i bu varianta aiddir. Son həftələrdə Kolumbiya və Ekvadorda yeni ştama yoluxma halları artıb. ÜST bu variantın təsirini araşdırmaqla yanaşı, onun epidemioloji təkümülünü də diqqətlə izləyir”, - təşkilatın nümayəndəsi fikrini tamamlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb