Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57970
az

Binədə avtobus dayanacağında qadına hücum edən şəxs saxlanıldı - VİDEO - FOTO

20:4730 Avqust, 2021
656
CƏMİYYƏT
  • A

Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir qadın Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək 27 avqust 2021-ci il tarixində evdən çıxıb işə gedən zaman avtobus dayanacağında bir nəfər tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib.

Daxili İşlər Nazirliyindən OXU24.COM-a verilən məlumata görə, zərərçəkən həmin şəxsin onun boğaz nahiyyəsindən tutub müxtəlif bədən xəsarətləri yetirərək əl çantasını almaq istədiyini bu zaman çantanın içərisində olan pul kisəsinin yerə düşməsindən istifadə edərək onu götürüb hadisə yerindən yayındığını bildirib. Qadın pul kisəsinin içində 60 manat, övladlarına aid şəxsiyyət vəsiqələrinin və əmək haqqı kartının olduğunu bildirib.

Qeyd edək ki, həmin şəxsin qadına hücum etməsi ərazidə olan müşahidə kameraları vasitə ilə də qeydə alınıb.

Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Teymur Mirzəyev saxlanılıb. O, ifadəsində etdiyi hadisəni etiraf edib.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Teymur Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb zəruri istintaq tədbirləri davam etdirilir. Teymur Mirzəyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi