Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57785
az

Deputatdan bədbin PROQNOZ: Payızda yoluxma yüksək olacaq - VİDEO

18:2724 Avqust, 2021
533
CƏMİYYƏT
  • A

Azərbaycan səhiyyəsi ötən il yoluxmada 5000 rəqəmlərinə belə hazırlıqlı olduğunu göstərdi. Amma indi yay aylarında 4000 minə çatan rəqəmlər payızda ehtimal olunan rəqəmlərin qat-qat yüksək olmasından xəbər verir.

OXU24.COM ARB24-ə istinadən bildirir ki, bunu "Gündəm" verilişinə açıqlamasında deputat Rəşad Mahmudov deyib. 

O bildirib ki, peyvəndlənmə prosesinin sürətlə aparılması lazımdır:

"Peyvəndlər böyük dalğalar və yoluxma zamanı insanların səhhətinin daha çox ağırlaşmasının qarşısının alınmasında bizə dəstəkçidir. Həmçinin peyvənd reanimasiyaya düşmə faizinin azaltmaqla yanaşı, həm də peyvənd vurdurmayanlarla müqayisədə ölüm hallarından çox böyük fərq yaradacaq şəkildə qoruya bilmə gücünə sahibdir.

Ötən il yoluxma 500 olanda tam qapanmalara gedilirdi. Bu gün isə peyvəndin sayəsində ondan dəfələrlə yüksək rəqəmlər qarşısında sərt qapanmalara gedilmir.

Bu da peyvəndin bizə vermiş olduğu gücdür. Pandemiya ilə mübarizədə ən az itkilərə səbəb olmaq üçün hər birimizin üzərinə məsuliyyət düşür. Bu gün müzakirəsiz şəkildə peyvəndlənmənin sürətlə aparılması və payız aylarına cəmiyyətin 60 faizindən çoxunun hazır olması gələcəkdə ola biləcək təhlükəli dalğalar qarşısında dövlətlərin və səhiyyə sisteminin daha sağlam mübarizə aparmasına imkan yaradır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XİN: Bu, ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür
FİFA bu qadağanı götürür
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...