Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57776
az

Bakı Limanında qadağalar tətbiq ediləcək

23:2723 Avqust, 2021
537
CƏMİYYƏT
  • A

Bakı Limanında qadağalar tətbiq ediləcək
“Bakı Limanı 2035 - CO2 zero emisya” strategiyasınsa əsasən liman ərazisində ekologiyanı qorumaq və inkişaf etdirmək üçün bir sıra yeniliklər və qadağalar tətbiq ediləcək.

"Ölkə.az" xəbər verir ki, Limandan verilən məlumata görə, Avropa İttifaqının dəstəyi ilə həyata keçiriləcək plana əsasən, sözügedən tarixdən etibarən Bakı Limanına dizel, benzin və ya havaya böyük həcmdə istixana qazı atan digər yanacaq növləriylə işləyən nəqliyyat vasitələrinin buraxılmaması nəzərdə tutulur.

Liman ərazisində yalnız yaşıl yanacaqla işləyən nəqliyyat vasitələrindən və avadanlıqlardan istifadə olunacaq, liman akvatoriyasına daxil olan gəmilər isə tam olaraq elektrik enerjisi ilə təmin olunacaq. Bununla yanaşı liman ərazisi və akvatoriyasında tam olaraq yalnız elektrik enerjisindən istifadə ediləcək. Həmçinin liman akvatoriyasında yalnız elektriklə və yaşıl yanacaqla işləyən yedək gəmilərindən istifadə ediləcək, bütün tikililər isə yaşıl bina standartlarına uyğunlaşdırılacaq.

Qeyd edək ki, Bakı Limanında mövcud ekoloji inkişaf konsepsiyası çərçivəsində hava keyfiyyətinə nəzarətin gücləndirilməsinə dair istixana qazlarının emissiyasını 2035-ci ilə qədər “0”-a endirilməsi hədəflənib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO