Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57626
az

Ürək xəstələri mütləq vaksin vurdurmalıdırlar - Kardioloq

19:5418 Avqust, 2021
545
CƏMİYYƏT
  • A

Ürək xəstələri yüksək risk qrupuna aid olduqlarından mütləq vaksin vurdurmalıdırlar.

OXU24.COM bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin dosenti, invaziv kardioloq Qalib İmanov deyib. O bildirib ki, ürək xəstələri COVID-19-a yoluxanda vəziyyətləri daha da ağırlaşa bilir:

"Belə xəstələrdə ən çox rast gəlinən əlamətlər aritmiya, yəni ritm pozulması, ikincisi ürək əzələsinin iltihablaşmasıdır. Virus ürəyi zədələyir və kəskin ürəktutmasına səbəb olur. Koronavirusa yoluxan ürək xəstələri daha çox infarkt səbəbi ilə həkimə müraciət edirlər. Təəssüf ki, vaksinasiyadan yayınanlar arasında ürək xəstələri də çoxluq təşkil edir. Birmənalı olaraq ürək-damar xəstələri yüksək risk qrupunda olduqları üçün mütləq vaksin vurdurmalıdırlar. Ürək xəstələri koronavirusa yoluxursa, heç bir halda dərmanı dəyişdirməməli, hətta dozasını belə artırıb-azaltmamalıdırlar. Əgər koronavirusa qarşı dərmanlarla onların istifadə etdikləri dərmanlar ziddiyyət təşkil edirsə, hansı dərmandan istifadə edib-etməmələrini ancaq kardioloqları müəyyənləşdirməlidir. Koronavirusa görə ən təhlükəli ürək xəstəliyi ürək çatışmazlığıdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb