Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57280
az

SON DƏQİQƏ! Rusiya sərhəddə baş verənlərlə bağlı açıqlama yaydı

17:5605 Avqust, 2021
2122
CƏMİYYƏT
  • A

“Rusiya Ermənistan-Azərbaycan sərhədində silahlı insidentlərin artmasından narahatdır. Bu insidentlərin hər iki tərəfdən insan ölümləri ilə müşayiət olunması xüsusi təşviş doğurur. Təəssüf ki, gərginlik hələ azalmağa doğru getmir”.

Oxu24.com  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov bildirib.

Diplomat deyib ki, bütün məsələləri yalnız sülh yolu və siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır: “Rusiya bundan sonra da Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin normallaşması prosesinə, o cümlədən sərhədlərin delimitasiya və demarkasiya üzrə birgə işlərin görülməsinə öz töhfəsini verməyə hazırdır. Bu, Cənubi Qafqazı sabitlik zonasına çevirməyə yardım edəcək”.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhəddi boyunca yerləşdirilməsi təklifini şərh edərkən A.Bikantov qeyd edib ki, problemlərdən biri sərhədlərin demarkasiyasının həyata keçirilməməsidir: “Rusiya bu mövzuya xüsusi diqqət ayırır, vasitəçilik səyləri göstərir. Sərhəd boyunca sərhədçilərin yerləşdirilməsi ilə bağlı problemlərdən biri sərhədlərin demarkasiyasının həyata keçirilməməsidir. Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının ardınca demarkasiyasının həyata keçirilməsinin və tezliklə bu işə start verilməsinin tərəfdarıdır”.

XİN nümayəndəsi çox vacib humanitar mövzu olan Qarabağdakı tarixi-mədəni irs məsələsinin vaciliyini vurğulayıb: “Vəziyyəti yerində qiymətləndirə biləcək UNESCO missiyasının tezliklə təşkil edilməsini hər vəchlə dəstəkləyirik. Problem ATƏT-in Minsk qrupunun diqqət mərkəzindədir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AQTA dönərdən zəhərlənmənin səbəbini açıqladı
Hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq
Dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR