Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
571
az

Bu yoldan Bakıya giriş tam bağlanır - Diqqət

13:5413 Aprel, 2018
1264
CƏMİYYƏT
  • A
 Builki Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı Azneft dairəsində hərəkət məhdudlaşdırılıb. Aprelin 23-dən may ayının 1-nə kimi isə dairəyə giriş tam bağlanacaq.

“Oxu24.com” xəbər verir ki, dairədə tamaşaçılar üçün tribunanın yaradılması burada avtomobillərin hərəkət hissəsinin daraldılmasına səbəb olub. Bəs hazırda sürücülər hansı alternativ yollardan istifadə edə bilər?

“Qafqazinfo”nun sualını cavablandıran Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, yarışlarla əlaqədar Azneft kimi tanınmış dairədə avtomobillərin hərəkət istiqamətində müəyyən dəyişikliklər edilir:

“Yəni, dairə kimi tanınan ərazi tamaşaçıların seyr etməsi üçün nəzərdə tutulan sahənin düzəldilməsi ilə bağlı daralıb. Neftçilər prospekti, Azneft dairəsindən istifadə edən sürücülərə bildiririk ki, Bayıl “20-ci sahə” və oraya aid digər ərazilərdən bu istiqamətə gələnlər unutmasınlar ki, dairədə hərəkət məhdudlaşdırıldığından hərəkət istiqaməti yalnız düzünə, Neftçilər prospekti  ilə Azadlıq istiqamətində nəzərdə tutulub.

Eyni zamanda, Niyazi küçəsindən Azneft dairəsinə yaxınlaşanlar isə Bayraq Meydanı istiqamətində və yaxud sola, Neftçilər prospekti istiqamətində hərəkət edə bilər. Həmin ərazi artıq əməkdaşlarımızın nəzarətindədir. Orada xidmət aparılır və keçmə növbəliyi təmin edilir”.

Qeyd edək ki, yarışlarla əlaqədar olaraq Azneft dairəsi aprel ayının 23-dən may ayının 1-nə kimi bağlı olacaq. Artıq bununla bağlı ərazidə xəbərdarlıq lövhələri də yerləşdirilib. V. Əsədov dairə bağlandıqdan sonra istifadə olunacaq alternativ yollar barədə yaxın günlərdə mediaya məlumat veriləcəyini vurğulayıb.




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO
ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO