Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56725
az

Lerikdə sel bir neçə kəndi qazsız qoydu - VİDEO

18:5819 İyul, 2021
319
  • A

Lerikdə yağan leysandan sonra yaranan sel 10-a yaxın kəndin qazsız qalması ilə nəticələnib.

OXU24.COM xəbər verir ki, Rayonun Kələxan kənd sakini Razqayıt Abdullayeva qafqazinfo-ya müraciət edərək bildirib ki, dünən saat 16 radələrində başlayan sel qaz xətlərinə ziyan vurub və sakinlərə qazın verilişi dayanıb.

Məsələ ilə bağlı "Qafqazinfo"nun sorğusuna cavab olaraq "Azəriqaz" mətbuat katibi Ceyhun Səfər bildirib ki, hazırda dəyən ziyanın aradan qaldırılması ilə bağlı işlər gedir:

"Lerik rayonu, Osmanlı, Kəlvəz, Kələxan, Göydərə, Məhləbad, Hiyveri, Hüseynabad və Amburdərə kəndlərində güclü selin gəlməsi nəticəsində qaz xətlərinin qırılması ilə əlaqədar iyulun 18-i saat 18:40-da qaz təchizatı müvəqqəti dayandırılıb.

Bununla əlaqədar 352 istehlakçının qaz təminatında fasilə yaranıb. Təmir işlərinin bu gün yekunlaşdırılması planlaşdırılır".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO
Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO