Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56410
az

20 YAŞINI QEYD EDƏN ŞƏHİDİMİZ

23:4412 İyul, 2021
324
  • A

Bu gün Biləsuvar rayonunda şəhid Allahverdiyev Elnur Kamil oğlu və Mirzəyev Orxan Əli oğlunun doğum günləri qeyd edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, bu münasibətlə rayon rəsmiləri və yerli sakinlər şəhidlərin ailə üzvlərinə baş çəkiblər.

Həmçinin şəhidlərin məzarları ziyarət edilib. Onların məzarı üzərinə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.

Elnur Allahverdiyev 2001-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində dünyaya göz açıb, 27 sentyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Orxan Mirzəyev 2001-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub, Laçın rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalmış və 2 noyabr 2020-ci ildə kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən hər iki qəhrəmanın xidmətləri yüksək qiymətləndirilib, Elnur Allahverdiyev "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə", Orxan Mirzəyev "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı