Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56393
az

Azərbaycanda Avropadan daha çox neft və qaz hasil edilib

20:3512 İyul, 2021
217
CƏMİYYƏT
  • A



Böyük Britaniyanın BP neft şirkəti ötən il Azərbaycanda 97 min barel neft hasil edib.  

OXU24.COM xəbər verir ki, bu barədə BP neft şirkətinin "Dünya energetikası üzrə statistik icmalı- 2020" hesabatında qeyd olunub.

Hesabata görə, bu göstərici Avropayla müqayisədə gündəlik min barel çoxdur. Belə ki, şirkət Avropada ümumillikdə gündəlik 96 min barel neft hasil edilib. Neft şirkətinin bu dövrdə Rusiyada neft hasilatı isə gündəlik 30 min barel səviyyəsində olub.

Əlavə edək ki, "BP" 2019-cu ildə Azərbaycanda gündəlik 79 min barel, 2018-ci ildə isə gündəlik 72 min barel neft hasil edib. Şirkət 2019-cu ildə Avropada 100 min barel, 2018-ci ildə 101 min barel neft hasilatı edib. Rusiyada bu göstərici 2019-cu ildə 35 min barel, 2018-ci ildə isə 14 min barel təşkil edib.

BP-in Azərbaycandakı törəməsi ötən il ölkədə gündəlik 413 milyon kub fut təbii qaz hasil edib. Hesabata görə, "BP"nin Avropada təbii qaz hasilatı Azərbaycanla müqayisədə gündəlik 192 milyon kub fut azdır. Belə ki, şirkət Avropada ümumillikdə gündəlik 221 mln. kub fut təbii qaz hasil edib.

Əlavə edək ki, "BP" 2019-cu ildə Azərbaycanda gündəlik 367 mln. kub fut, 2018-ci ildə isə gündəlik 256 mln. kub fut qaz hasil edib. Bu göstərici Avropada 2019-cu ildə 129 mln. kub fut, 2018-ci ildə isə 152 mln. kub fut olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
Bakıda COP29-un keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü