Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56278
az

Azərbaycanda soyadı "ov" və "yev" sonluqları ilə bitən şəxslərin NƏZƏRİNƏ - VİDEO

21:4308 İyul, 2021
488
CƏMİYYƏT
  • A

Azərbaycan vətəndaşlarının bir çoxu hələ də "ov" və "yev" soyad sonluqlarından istifadə edir. İstər soyad sonluğunun, istərsə də soyadın dəyişdirilməsi qanunvericiliklə tənzimlənir. Ancaq bu iki proses bir qədər fərqli icra olunur.

OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, soyad sonluğunu dəyişmək istəyən şəxs qeydiyyatda olduğu yerdəki "ASAN xidmət" mərkəzinə yaxınlaşmaqla bu məsələni həll edə bilər.

Soyad sonluğunu dəyişdirmək istəyənlər cəmi 10 manat dövlət rüsumu ödəməklə problemi həll edə bilərlər. O ki qaldı soyadların dəyişdirilməsinə, bu, bir qədər uzun prosesdir...

Vətəndaşlar arasında soyad sonluğunun və ya soyadın dəyişdirilməsi məsələsinə münasibət birmənalı deyil.

Qeyd edək ki, 1 saylı "ASAN xidmət" mərkəzində 2020-ci il üzrə 114 nəfər, 2021-ci ilin əvvəlindən bu günə qədər isə 48 nəfər ad və soyad üzərində dəyişmə əməliyyatını rəsmiləşdirib.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı