Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56156
az

Bir dəstə nanə ilə - 7 xəstəliyə ÇARƏ

23:4904 İyul, 2021
482
CƏMİYYƏT
  • A

Bioloji aktiv maddələrlə zəngin olan nanə ən faydalı müalicəvi bitkilərdən biri sayılır.

OXU24.COM bildirir ki, nanə qədim zamanlardan tanınır və təbabətdə istifadə olunur. Nanə yarpaqları faraon məqbərələrində tapılıb, bu bitkinin adı Tövratda çəkilir.

Hələ dahi Hippokrat, İbn Sina, Avisenna bu ətirli otun müalicəvi xüsusiyyətlərini bilir və çox yüksək qiymətləndirirdi.

Müasir tibb də nanənin müalicəvi xüsusiyyətlərini tanıyır. Nanə və nanə efir yağı müxtəlif dərmanların və məlhəmlərin tərkibinə daxil edilir.

Nanənin müalicəvi xüsusiyyətləri bunlardır:

- Nanə sinir sistemi üçün ən faydalı otlardan biri sayılır. Nanə gərginliyi azaldır, sakitləşdirir, baş ağrıları zamanı kömək edir.

- Güclü spazmolitik xüsusiyyətlərinə görə nanə həzm sistemi üçün də çox faydalıdır - köpü və qarın ağrıları azaldır, həzmə kömək edir, qurdqovucu və antiseptik təsir edir.

- Nanə çayı təzyiqi salmaq üçün ən tanınmış vasitələrdən biridir.

- Nanə orqanizmə sidik və ödqovucu təsir edir.

- Nanə ürəyin dostu sayılır. Ürək və damar xəstəliklərinin profilaktikası üçün hər gün nanə çayı için.

- Nanə güclü afrodiziak (cinsi həvəsi artıran maddə) sayılır.

- Nanə qadınlarda menstruasiya zamanı ağrıları azaldır.

- Nanə iltihabı azaldır, nəfəs yollarını selikdən və mikroblardan təmizləyir.

- Nanə yağı müxtəlif ağrıkəsici və iltihabəleyhinə məlhəmlərin tərkibinə daxil edilir, revmatizm, radikulit, əzələ və sinir ağrıları zamanı istifadə olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
Kür çayı daşdı, bir sıra fəsadlar yaratdı

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO