Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55714
az

Şadlıq saraylarında kondisioner işləyəcək?

18:4623 İyun, 2021
352
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti yanında Operativ Qərargahın şənlik mərasimlərinin keçirilməsi ilə bağlı qərarı ötən gündən bəri sosial şəbəkələrdə geniş müzakirə olunur.

COVID-19 pasportu və maska qadağası ilə yanaşı, şənlik mərasimlərində kondisionerlərin işləyib-işləməyəcəyi ilə bağlı məsələ də müzakirə mövzusudur. İzləyicilər havaların çox isti keçdiyi bir vaxtda kütləvi toplaşılan məkanlarda kondisioner və havalandırma sisteminin işləməyəcəyindən narahat olduqlarını qeyd edirlər.   

"OXU24.COM” bu məsələ ilə bağlı yaranan anlaşılmazlığa aydınlıq gətirməyə çalışıb. Məlum olub ki, 2021-ci ilə aid "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də kondisioner və havalandırma sistemindən istifadəyə qadağa qoyulması ilə bağlı məlumat yoxdur. 

Müzakirənin haradan qaynaqlandığı ilə bağlı dolğun cavab ala bilmək üçün Nazirlər Kabineti və Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsək də, ətraflı açıqlama ala bilmədik. Lakin Səhiyyə Nazirliyindən də metodiki göstərişlərdə ictimai iaşə müəssisələrində ventilyator və sərinkeşlərdən istifadəyə qadağa qoyulması ilə bağlı məlumat olmadığı bildirildi. 

Xatırladaq ki, builki göstərişlərdə olmasa da, Səhiyyə Nazirliyinin ötənilki metodiki göstərişlərində kondisioner və havalandırma sistemlərinin texniki baxışının vaxtında həyata keçirilməsini, ventilyatorlardan və sərinkeşlərdən istifadə edilməməsinin təmin edilməsi nəzərdə tutulurdu. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib
Ölkədəki aliment ödəyicilərinin sayı açıqlandı
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO