Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55478
az

DİN-dən icra başçının müavininin övladına toy etməsi xəbərinə münasibət

18:5716 İyun, 2021
2620
  • A



"Bəzi xəbər saytlarında Qazax rayon İcra hakimiyyəti başçısının müavininin karantin qaydalarına zidd olaraq, övladına toy mərasimi keçirməsi barədə həqiqətə uyğun olmayan xəbər yayılıb".

OXU24.COM APA-ya istinaadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlama verib. 

E.Qasımov bildirib ki, respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Qazax rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən bütün qərarların icra edilməsi ilə bağlı mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər keçirir, vətəndaşlar ilə izahedici söhbətlər aparırlar.

"İddia edilən məsələyə gəldikdə isə bildirmək istəyirəm ki, Qazax rayonu ərazisində nə toy mərasimi, nə də ki hər hansı məclis təşkil edilməyib. Belə cəhdlərin qarşısı dərhal alınıb və inzibati xəta törədən şəxs barədə tədbir görülüb. Xatırladım ki, karantin rejimindən irəli gələn mövcud qaydalara görə toy etmək qadağan edilsə də rəsmi nigaha girməklə, ailə qurmaq yasaq deyil. Elə yazıda adı çəkilən cütlük də toy mərasimi təşkil etmədən, məhz rəsmi nigahla ailə qurublar” – deyə baş inspektor qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər