Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54983
az

Ayağını itirib, Vətənini qazanan qazi - VİDEO

20:2605 İyun, 2021
1267
CƏMİYYƏT
  • A

Zəfər mübarizəmizin canlı şahidlərindən biridir Sərxan Quliyev. Murovdan başlayan döyüş yolu, Cərayıl, Füzuli, Zəngilan, Qubadlıda davam edib. Elə Qubadlı uğrunda gedən döyüşlərdə minamyot mərmisinə tuş gələrək ağır yaralanıb, sağ ayağının bir hissəsini itirib. Deyir, heç zaman peşman olmamışam. Vətənim uğrunda vuruşmaqdan hər zaman qürur hissi keçirmişəm, lazım gələrsə digər ayağımı da gözümü qırpmadan verməyə hazıram. Manqa komandiri olan Sərxan, yaralı yoldaşlarını çiynində döyüş meydanından çıxarıb. Düzdür, özü bunu etiraf etmədi. Bu təcavükarlığın qarşısında ediləcək ən böyük təvazökarlıqdır bəlkə də.... Qazimiz hazırda Bakı Reablitasiya Mərkəzidə müalicə kursu keçir və bir həftədən sonra müasir protezlə təmin olunacaq.

Oxu24.com realtv-yə istinadən xəbər verir ki, Bakı Reablitasiya Mərkəzinə gətiriləndə Sərxanın sağ baldırının üçdə biri artıq amputasiya olunmuşdu. Yuxarı ətrafda hərəkətin məhdudluğu və keyimə hissi var idi. Məkəzdə müayinədən keçdikdən sonra ona müxtəlif - konservativ və fizioterapevtik müalicə prosedurları tətbiq olundu. Hazırda intensiv elektroterapiya, masaj, parafin və s prosedurları alan qazimizə həm də qan dövranını yaxşılaşdıran medikamentoz terapiya təyin olunub.

Sərxan hazırda protezləşmə mərhələsindədir. Özünü çox yaxşı hiss etdiyini, əhval-ruhiyyəsinin də yüksək olduğunu deyir. Protezi qoyulandan sonra idmanla məşğul olmaq fikrindədir. Mütəxəssislər də bunun mümkün olduğunu deyirlər:

Sərxan çox pozitivdir və gələcəyə böyük inamla baxır. Fəaliyyətini isə hərbçi kimi davam etdirmək, yenə də vətəninin keşiyində olmaq arzusundadır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı