Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54720
az

SON DƏQİQƏ! Bu ölkə Azərbaycanla sərhədi açdı: Yeni qaydalar

07:5601 İyun, 2021
3658
  • A

Gürcüstan bu gündən Azərbaycanla quru sərhədlərini açıb.

Oxu24.com  xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının mayın 25-də qəbul etdiyi qərarına əsasən, ölkənin quru sərhədləri iyunun 1-dən etibarən açılır.

Yeni qaydalara görə bu gündən etibarən xarici ölkə vətəndaşları son 72 saat ərzində əldə edilmiş PZR analizinin neqativ nəticəsini göstərən sənəd və yeni növ koronavirus əleyhinə tam vaksinasiya barəsində arayış təqdim edərək Gürcüstana quru sərhədləri ilə daxil ola biləcəklər.

Vaksinasiya olunmamış xarici ölkə vətəndaşları isə Gürcüstana daxil olduqdan sonrakı 72 saat ərzində növbəti dəfə öz hesablarına PZR analizi verməli olacaqlar. Test cavabı neqativ çıxan turistlərə ölkə ərazisində sərbəst hərəkət icazəsi veriləcək.

Gürcüstanın Azərbaycandakı səfirliyinin məlumatına əsasən, bu gündən etibarən Azərbaycanda olan Gürcüstan vətəndaşları ölkələrinə rahat şəkildə qayıda biləcəklər. Səfirlik öz vətəndaşlarına Gürcüstanda izolyasiyaya alınmamaları üçün gömrük keçid məntəqəsində son 72 saat ərzində əldə edilmiş PZR analizinin neqativ cavabını təqdim etmələrini tövsiyə edib.

Azərbaycana daxil olmaq istəyən Gürcüstan vətəndaşları üçün əvvəlki rejim Azərbaycan Gürcüstanla sərhədlərini açanadək qüvvədə qalacaq.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında quru sərhədləri yeni növ koronavirus pandemiyası səbəbi ilə ötən ilin martında bağlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank-ın dəstəyi ilə “My Technology” layihəsinə start verildi
Qadınların məşğulluğunu məhdudlaşdıran amillər araşdırılacaq
Minimum maaş bu qədər artacaq - Tarixlə bağlı açıqlama

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər