Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54458
az

FHN əhaliyə müraciət etdi

19:2525 May, 2021
819
CƏMİYYƏT
  • A

İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. 

Oxu24.com FHN-ə istinadən xəbər verir ki, müraciətdə qeyd edilib ki, şiddətli gurultu və parlaq qığılcımla (şimşəklə) müşayiət olunan ildırım həm də yüksək gərginlikli elektrik boşalması olduğundan insan üçün ölümcül təhlükə yaradır.

FHN ildırımın yaratdığı təhlükələrdən qorunmaq üçün bəzi təhlükəsizlik qaydalarını xatırladıb: 

- evdəsinizsə, sobada odu söndürün, qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın, evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;

- telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmayın;

- elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;

- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);

- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin. Nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü 4 metrdirsə, həmin ağacdan, ən azı, 4 metr aralı dayanmaq lazımdır;

- yüksəklikdə, yaxud düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çökək yerə enib, dizlərinizi qucaqlayaraq oturun;

- su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;

- avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;

- traktor, otbiçən maşın, motosiklet və ya velosiped sürürsünüzsə, dərhal düşün və onlardan ən azı, 30 metr aralanın;

- qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə saxlayın.

Təhlükə zamanı “112”-yə zəng edin!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mahsun Kırmızıgül Azərbaycanda kiminlə işbirliyi edəcək?
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
Oynaq ağrıları

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı