Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54016
az

DİQQƏT: Karantin rejimi ilə bağlı vacib xəbər - 7-10 gün ərzində...

20:1213 May, 2021
5573
CƏMİYYƏT
  • A

Son günlər Azərbaycanda koronavirusa yoluxmada azalmalar baş verir. Yoluxanlarla bağlı artan zəncirin nisbətən qırılması, buna paralel vaksinasiya prosesinin də davam etməsi ölkədə karantin rejimi ilə bağlı növbəti yumşaldılmaların edilə biləcəyini gündəmə gətirib. Xüsusilə də metronun açılması barədə daha çox danışır.

Bu və havaların istiləşdiyi nəzərə alınaraq, karantin rejimində hər hansı yumşalmalara gedilə bilərmi?

Azerforum.com Modern.az-a istinadən xəbər verir ki ,Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu ilə bağlı  danışarkən bildirib ki, karantin rejiminin yumuşalması vaksin prosesindən asılıdır:

 

“Karantin rejimin yumuşalması yoluxma statistikasından və vaksinasiya prosesindən asılıdır. Ölkə üzrə 45-50 % insan vaksin olunmalıdır ki, karantin rejiminin yumuşalmasından danışa bilək. İnsanlarımız bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Qeyd etmək lazımdır ki, vaksin ehtiyatımız da kifayət qədərdir”.

Deputat deyib ki, qarşıdakı 7-10 gün ərzində yoluxma bu tempdə azalarsa, karantində yumuşalma olacaq:

“Statistikanın getdikcə müsbətə doğru dəyişməsi bizi sevindirir. Buna baxmayaraq, hələ də yoluxma sayı kifayət qədər yüksəkdir. Buna görə də yumuşalmadan danışmaq bir az tezdir. Yaxın bir həftə ərzində bu tempdə aşağı düşmə olsa, karantin rejimi yumuşalacaq. Hesab edirəm ki, buna doğru da gedirik.

Artıq bölgələrimizdə də yoluxmada azalma hiss olunur. Hazırda yoluxma əsasən Bakıda üstünlük təşkil edir. İnşallah, Bakıda da bir qədər vaksinasiya prosesi sürətlənərsə, təxminən 7-10 gündən sonra yumuşalma baş verə bilər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ