Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53779
az

İtkin kapitanın 7 ay sonra şəhid xəbəri gəldi - FOTO

23:1206 May, 2021
5722
CƏMİYYƏT
  • A

İkinci Qarabağ Müharibəsində itkin düşmüş kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəhid olduğu müəyyənləşib.

Oxu24.com bildirir ki, Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi 7 aydan sonra Füzuli rayonu ərazisində aşkar edilib.

İtkin düşmüş hərbçilərimizin siyahısında Ə.Rəhmətov 19-cu idi.

Beləcə, İkinci Qarabağ Müharibəsində şəhid düşmüş hərbçilərimizin sayı 2898 nəfərə çatdı.

Şəhid zabitimiz 3 iyul 1989-cu ildə Lerikin Anbu kəndində anadan olub. Aprel döyüşlərinin iştirakçısı olan kapitan Rəhmətov, Tovuz döyüşlərində də ön xətdə olub. O, Vətən müharibəsində Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda döyüşüb. Oktyabrın 15-dən sonra isə zabitlə əlaqə saxlamaq mümkün olmayıb.

Allah rəhmət eləsin!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb