Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53729
az

Azərbaycanda səs-küylü həbslər olacaq? “Heç kim toxunulmaz deyil“

18:1605 May, 2021
1260
CƏMİYYƏT
  • A

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun istintaqa cəlb edilməsi barədə məlumatlar yayılıb. Bununla paralel olaraq Baş nazirin sabiq müavini Hacıbala Abutalıbovun vəzifə səlahiyyətləri başa çatdıqdan sonra saxta sənəd imzalatdığına dair iddialar ortaya atılıb. Təbii olaraq sabiq məmurların silsilə həbslərin gerçəkləşdiyi bir vaxtda bu xəbərlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi ekspertlər ölkədə tezliklə səs-küylü həbslərin baş verəcəyini diqqətə çatdırır.

Maraqlıdır, vəzifədən bir neçə il əvvəl uzaqlaşdırılmış şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi gözləniləndirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən Milli Məclis deputatı Fazil Mustafa qeyd edib ki, bu, istintaq orqanlarının gəldiyi nəticədən asılı olacaq:

“Hər kəs qanun qarşısında məsuliyyət daşıyır, heç kim toxunulmaz deyil. İstintaq orqanlarının belə bir qənaətə gələcəyi təqdirdə istənilən şəxs istintaqa cəlb edilə bilər. Lakin məhkəmənin hökmü olmadan kimsəni ittiham eləmək doğru deyil. Faktı bilmədiyim üçün şəxslər haqqında heç nə deyə bilmərəm. Bəlkə kimsə hansısa jurnalistə 5 manat verib belə bir yazı yazdırıb, yaxud qərəzi olan şəxs özü yazıb, həmçinin kimsə də obyektiv yaza bilər. Ona görə də saytlara yerləşdirilən hər informasiya ilə bağlı qiymətləndirmə apara bilmərik”.


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı