Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53513
az

\"Kəmaləddin Heydərov maşını saxlatdırıb...\" - Küçədə ölümünü gözləyən 5 uşaq atası

20:1701 May, 2021
1306
  • A

5 uşaq atası küçədə kimsəsiz vəziyyətdə qalıb. Onun bir ayağı qəza zamanı ciddi xəsarət aldığı üçün hərəkət edə bilmir.

Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, Əliyev Lətif Akif oğlu bir neçə aydır Bakının mərkəzi küçələrindən birində (Mehdi Mehdizadə küçəsi, Mərkəzi Neftçilər Xəstəxanasının yanı) yol kənarında yaşayır.

Lətif Əliyev daha öncə uzun illər Rusiyada yaşadığını deyir. Danışmaqda çətinlik çəkən, fikirlərini tam izah edə bilməyən Lətif Əliyev həm də spirtli içki aludəçisidir. Deyir ki, gün ərzində spirtli içki qəbul etməsə, ağrıları ona çox əziyyət verir.

Günlərlə uzandığı yerdən qalxmayan L.Əliyev söyləyir ki, ətrafda olan insanlar, yoldan keçən şəxslər ona isti çay, yemək və geyim gətirir.

L.Əliyev ailəli olduğunu deyir. Bildirir ki, xanımı Yunanıstan vətəndaşı olub. 5 övladının olduğunu söyləyən L.Əliyev övladlarının da Yunanıstanda olduğunu bildirir.

Əlavə edir ki, ailəsinin indi onun bu vəziyyətindən xəbəri yoxdur. Keçmişi və ailəsi haqda danışan zaman Lətif Əliyev tez-tez kövrəlir və daha danışmaq istəmədiyini deyir.

Ona sığınacağa yerləşdirilməsinə isə sərt şəkildə reaksiya verərək heç bir kömək istəmədiyini deyərib, qəzəbləndi.

"Mən burada, yolun kənarında qalıram. Hər gün nə qədər insan mənə kömək edir. Bu, məni çox kövrəldir. Belə insanların olması ilə fəxr edirəm. Amma mən indi dəvəsi ölmüş ərəbəm. Tək bir istəyim var. Hər gün gözümü yumanda əlimi Allaha açıb yalvarıram. Yalvarıram ki, məni bu ağrılardan, dərddən qurtarsın, mənim canımı alsın",- deyən Lətif Əliyevə növbəti dəfə kömək əlimizi uzatdıq. Amma yenə də sərt reaksiya verdi. Sanki rəsmi qurumlardan incik düşüb, narazı qalıb.

L.Əliyev bildirib ki, bir neçə gün əvvəl fövqəladə hallar naziri bu küçədən keçəndə maşını saxlatdırıb və adamlarını onun yanına göndərib. L.Əliyev söyləyir ki, həmin yardımdan da imtina edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı