Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53452
az

İqor Korotçenko: "Makron Fransanın, yoxsa Fransa erməniləri ittifaqının prezidentidir?"

21:0430 Aprel, 2021
1287
CƏMİYYƏT
  • A


İrəvanda Ermənistan prezidenti Armen Sarkisyanla Fransa parlamentinin Fransa-Ermənistan dostluq qrupu sədrinin müavini Qi Tesyenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Fransız millət vəkilləri Ermənistana və keçən payızda Qarabağda məhv edilən separatçı quruluşa dəstək verməyə davam edəcəklərini söyləyiblər.

Bu azmış kimi Ermənistandakı müxalif Milli Demokrat Qütbü hərəkatı Fransa prezidenti Emmanuel Makrona təcili olaraq "Fransa sülhməramlılarını” Ermənistanın cənub sərhədlərinə yerləşdirməklə bağlı müraciət edib.

Rusiyanın "Milli Müdafiə” jurnalının baş redaktoru, dünya silah ticarətinin təhlili mərkəzinin direktoru İqor Korotçenko Caliber.Az-a müsahibəsində Milli Demokrat Qütbü hərəkatına daxil olan erməni siyasi təşkilatlarının çağırışına münasibət bildirib.

"Əlbəttə bu, təxribatçı bəyanatdır. Ancaq onun da öz münbit əsasları var. Fransa prezidenti Emmanuel Makronun hərəkətləri tamamilə destruktiv xarakter daşıyır. Bəzən, istər-istəməz özünə bir sual verirsən: Makron Fransa prezidentidir, yoxsa Fransadakı ermənilərin müəyyən birliyinin prezidenti? Aydın bir cavab tapmaq sadəcə mümkün deyil.

Paris Azərbaycanın Qarabağ bölgəsində qalan qanunsuz rejimin qalıqlarını qanuniləşdirmək üçün bölgəyə zorla daxil olmağı və özünə yer tutmağı hədəfləyən bir oyuna başlayıb. Ermənistanın strateji maraqlarını dəstəkləməyə yönəlmiş Fransa diplomatiyasının kəskin intensivləşməsini görürük. Buna görə bir daha deməliyəm ki, Fransa təxribatçı və destruktiv rol oynayır. Parisin bu oyundakı ortaqları, fəaliyyətlərini Fransanın İrəvandakı səfirliyi və Fransa xarici kəşfiyyat xidmətinin İrəvandakı ofisi ilə sinxronlaşdıran nüfuzlu erməni elitalarıdır. Bu Parisin xarici siyasət əməliyyatıdır”, - deyə Korotçenko bəyan edib.

Ekspert qeyd edib ki, Ermənistanın birinci düşməni elə erməni millətçiliyidir.

"Erməni dövlətçiliyini təhdid edən, ilk növbədə, erməni millətçiliyi və Hitlerin həmkarı olmuş Qaregin Njdenin ideyalarının inkişafıdır. Əsas təhlükə bax budur. Kənar təhlükələrə gəlincə isə Ermənistanın sərhədləri beynəlxalq səviyyədə tanınır və heç kim bu sərhədlərə müdaxilə etmir”, - deyə o əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransada Natəvanın vandalizmə məruz qalan heykəli bərpa olundu - FOTO
Ən yüksək balı bu məktəbin məzunu topladı
Bayden Ukrayna ilə bağlı əmr imzaladı: 400 milyon dollar...

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO