Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52717
az

17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı – Şalvar geyinən ilk azərbaycanlı qadın

20:0617 Aprel, 2021
1583
CƏMİYYƏT
  • A

Oxu24.com  Kulis.az-a istinadən 60-cı illərin dəb ikonası, musiqişünas Nərgiz Xəlilova haqqında maraqlı faktları təqdim edir.

Nərgizin atası Ramazan Xəlilov Tbilisidə yaşayıb. O, avar knyazının oğlu olub. Jurnalistika üzrə təhsil alıb. 1930-cu ildə “Bakinskiy raboçiy” qəzetinin müxbiri kimi Leninqrada (Sankt-Peterburq) akkreditə edilib və orada da Nərgizin gələcək anası əslən Belorusiyadan olan Elvira Xəlilova ilə tanış olub ailə qurublar. Onlar 20 il bir yerdə yaşayır.

***

Nərgiz Xəlilova Leninqradda doğulub. Böyük Vətən Müharibəsi bitdikdən sonra, Nərgiz anası ilə birlikdə atasının yaşadığı Bakıya gəlir və onlar bəstəkar Üzeyir Hacıbəyovun evində məskunlaşırlar. Nərgizin ata nənəsi Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin həyat yoldaşlarının bacısı idi. Üzeyir Hacıbəyov və onun həyat yoldaşı Məleykə Hacıbəyli Nərgiz Xəlilovanın ilk musiqi müəllimləri idi.

***

Üzeyir Hacıbəyov dəfn olunanda orta məktəb şagirdi olan Nərgiz Xəlilova onu məzarı başında fəxri qarovul dəstəsində dayananlardan biri olub. Bu kadr hətta “Üzeyir ömrü” filmində də yer alıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR