Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52454
az

SON DƏQİQƏ! Azərbaycanda məşhur idmançı qəfil vəfat etdi

11:2411 Aprel, 2021
9335
CƏMİYYƏT
  • A

Azərbaycan veteran futbolçusu Füzuli Cavadov dünyasını dəyişib.

Oxu24.com  xəbər verir ki, bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O.Abdullayevin sözlərinə görə, F.Cavadov Bakının 71 yaşında koronavirusdan vəfat edib.

Dəfn mərasimi bu gün saat 11:00-da mərhumun Bakının Mərdəkan qəsəbəsindəki bağ evində olacaq.

O, Binə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Füzuli Cavadov futbolçu karyerasının böyük hissəsini "Neftçi"də keçirib. O, 1972 - 1978-ci illərdə "ağ-qara" formanı geyinib.

F.Cavadov Naxçıvanın "Araz", həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın "Dauqava" komandalarında da çıxış edib.

Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi