Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52059
az

TƏCİLİ! Kafe-restoran bağlanacaq, sonra SMS-icazə olacaq - AÇIQLANDI

12:5704 Aprel, 2021
13967
CƏMİYYƏT
  • A
Koronavirusa yoluxmuş aktiv xəstə sayı ciddi rəqəmdir və bu, məcbur edir ki, qapanmalara gedilsin. Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Rauf Qasımov deyib. O bildirib ki, gündəlik yoluxma sayındakı artım nəticəsində TƏBİB-in statistikasına əsasən respublikadakı bütün xəstəxanalar korona xəstələri üçün xidmət göstərsə, təxminən 40 min çarpayı ehtiyatı olar. Bugünkü aktiv xəstə sayı ilə bağlı rəqəmlər onu göstərir ki, biz artıq bu statistikanın yarısını tamamlamışıq. Əksər klinikaların 150-250 nəfərlik çarpayısı var. Gündəlik 2500-ə yaxın insanın virusa yoluxması nəticəsində bir gündə 10 xəstəxana dolur. Belə olan halda isə təbii ki, məcburiyyət qarşısında qapanmalara gediləcək". Həkim onu da qeyd edib ki, qapanmalar çərçivəsində SMS-icazə sistemi də tətbiq ediləcək: 'Növbəti addım yəqin ki, ənənəvi tədris davam edən universitetlərdə tədrisin dayandırılması, kafe-restoranın bağlanması barədədir. Bu qərarlar nəticəsini verməsə, çox güman ki, daha ciddi addımlar atılacaq, ticarət obyektləri bağlanacaq və SMS-icazə sisteminə keçiləcək". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
AQTA dönərdən zəhərlənmənin səbəbini açıqladı

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR