Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51647
az

Yaz fəslində immun sistemin qayğısına qalın!

20:1430 Mart, 2021
1277
CƏMİYYƏT
  • A

Fəsildən asılı olmayaraq orqanizmin müdafiə sistemi - immun sistem daim fəaliyyətdədir. Çünki hər an  insan virus, bakteriya, göbələk, bir sözlə müxtəlif mikrobların hücumuna məruz qalır. Yazın gəlişi insanlara ilk istiliyi gətirməklə yanaşı, həm də immun sistemin zəifləməsi ilə xarakterizə olunur. İmmun sistemin ümumi zəifləməsinə birbaşa və ya dolayı təsir edən amillər var. Qış fəslində orqanizm yay-payiz aylarında topladığı öz  təbii resursları sayəsində fəaliyyət göstərir, bu vaxtlar  sürətli yayılan  KRVİ və qrip viruslarına qarşı immun sistem daha çox çalışmalı olur. Həmçinin, qışın sonunda orqanizmdə yaranan vitamin və mineral defisiti immun sisteminin tükənməsinə səbəb olur. Ətraf mühitin aşağı temperaturu,  virus infeksiyaları, qidanın tərkibində vitamin və mineralların gündəlik tələbata uyğun olmaması,  günəş süasının azlığı orqanizmin immun müdafiəsini azaldır. Yazda  çoxları bunu, virus infeksiyalarına yoluxma, xroniki xəstəliklərin şiddətlənməsi, yuxululuq, depressiya, yorğunluq kimi hiss edirlər. Məhz fəsillərlər arası dövrdə tez-tez tənəffüs və bağırsaq sistemi xəstəliklərində  artım olur. Epidemioloqlar qeyd edirlər ki, havanın temperaturunun gün ərzində mənfi müsbət dərəcələr arasında kəskin dəyişməsi zamanı, bir də qar əriyən dövrdə viruslar daha sürətli yayılır.

İmmun sistem patogen mikroorqanizmlərin orqanizmə daxil olmasına imkan verməyən görünməz qoruyucu bir mane olub, onlarla mübarizə aparır. Buna görə yaz fəslində aktivləşən müxtəlif virus və bakteriyalardan qorunmaq üçün  immun sistemə köməklik etmək vacibdir.

Yazda fiziki aktivliyi bərpa etmək və immun sistemi möhkəmləndirmək üçün aşağıdakılara əməl etmək tövsiyə olunur:

- Gərginlikdən və stresdən uzaq olmaq. Həm böyüklər, həm də uşaqlar gündəlik rejimə diqqət etməlidirlər: eyni vaxtda  yuxudan durmaq, normal qidalanmaq, kompüterdən minimum istifadə etmək, axşam yeməyini vaxtında yemək, nomal yuxu vacibdir.

-Fiziki aktivlik. Təmiz havada gəzmək, fitneslə, üzgüçülüklə məşğul olmaq, velosiped sürmək, aerobika, rəqs və s.

-Düzgün qidalanmaq . İmmun sisteminin inkişafında və fəaliyyətində əsas rol  bağırsaq mikroflorasına aiddir. Çünki immun hüceyrələrin 70% -dən çoxu həzm sistemində cəmlənmişdir. Odur ki,  bağırsaq mikroflorasını qorumaq vacibdir, bədənimizin bu "kiçik sakinləri"  orqanizmin böyük müdafiəçiləridir.  Orqanizmə daxil olan xəstəlik törədən  mikrobları zərərsizləşdirirlər. Bu məqsədlə  lif tərkibli qidalara ( o cümlədən inulin, fruktoliqosaxarid tərkibli qida əlavələri), qatıq, yoqurt kimi süd məhsullarına üstünlük vermək lazımdır.  Meyvə- tərəvəzlərdən daha  çox istifadə olunmalı, şirniyyatın miqdarı azaldılmalıdır, qazsız, adi su içmək tövsiyə olunur. Zülalların, yağların və karbohidratların balansına nəzarət etmək və  gün ərzində 3- 4 dəfə qidalanmaq lazımdır.

-İmmun sistemi qüvvətləndirmək məqsədilə isə vitamin və mineralların qəbulu zəruridir. Yaz fəslində qida məhsulları ilə günlük tələbata uyğun vitaminlərin qəbul olunmaması vitamin və mineral qəbuluna ehtiyac yaradır. Xüsusən,  C vitamini və sink yazda immun sistemi möhkəmləndirməyə, virus və bakteriyalarla mübarizə etməyə kömək edəcəkdir. Buna görə də yaz fəslində tərkbində  C vitamini və sink olan vasitələrin qəbulu tövsiyyə olunur.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Bakıda narkoplantasiya aşkarladı - VİDEO