Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51396
az

Mədə və onikibarmaq yarası

20:1827 Mart, 2021
674
CƏMİYYƏT
  • A

Mədə və onikibarmaq yarası mədə və onikibarmağın selikli qişasında deffektin olması ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyin əmələ gəlməsinə görə aşağıdakı növləri var:
1. Stress səbəbli əmələ gələn yaralar.
2. Dərmanlar səbəbli əmələ gələn yaralar.
3. Endokrin yaralar.
4. Daxili orqanların xəstəlikləri səbəbindən əmələ gələn yaralar.
Xəstəliyin əmələ gəlməsi onu yaradan səbəbdən və səbəbin ağırlıq dərəcəsindən asılıdır.
Mədə və onikibarmaq yarasının ağırlıq dərəcəsi etioloji faktorlardan asılıdır. Bu faktorlara aşağıdakılar aiddir:
-  irisi faktor
-  psixi-əsəbi gərginliklər
-  yaranın əmələ gəlmə səbəbləri.
Yara mədə və onikibarmağa təsir göstərən patogen faktorlara qarşı mədənin və onikibarmağın selikli qişasının verdiyi aqressiv reaksiya sayəsində əmələ gəlir. Bundan başqa yara mədədə və onikibarmaq bağırsağın selikli qişasının mikrosirkulyasiyasının pozulması sayəsində əmələ gələ bilir.
Xəstəlik morfologiyasına görə 3 cür olur:
- eroziya
- kəskin yara
- xroniki yara.
Yaralar sayına görə tək və bir-neçə dənə ola bilir. Mədə və onikibarmaq yarası ölçülərinə görə də fərqli olurlar:
- kiçik ölşülü yaralar - 0,5 mm-dən az olanlar
- orta ölçülü yaralar - 0,5 - 1 sm olanlar
- iri ölçülü yaralar - 1,1 - 3 sm olanlar
- qiqant yaralar - 3 sm-dən iri olanlar.
Xəstəlik özünü aşağıdakı əlamətlərlə göstərir:
- qida qəbulundan yarım saat sonra başlayan ağrılar
- ağrının mədədən arxa hissəyə irradiasiya etməsi
- qida qəbulundan sonra ağız boşluğunun seliklə dolması
- məcburi qusma.
Mədə və onikibarmaq yarası zamanı xəstə qusduqdan sonra rahatlaşır. Bəzi hallarda xəstələr özləri özlərinin məcburən qusdururlar.
Xəstəlik vaxtında və düzgün müalicə olunmadıqda aşağıdakı ağırlaşmalar baş verir:
- mədə və onikibarmaq qanaxmaları
- yaranın deşilməsi.
Xəstəliyə diaqnozun qoyulmasında endoskopiyanın və rentgenoskopiyanın müalicəsi əsas götürülür.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ