Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51127
az

Rail Rzayev Nəcməddin Sadıkovun iştirakı ilə öldürülüb - SİRLƏR AÇILIR

19:0624 Mart, 2021
1272
CƏMİYYƏT
  • A

Oxu24.com xəbər verir ki, bunu Azərbaycan MTN-in əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, ekspert Ərəstun Oruclu bildirib:

"Rail Rzayevə həyatına təhlükə olduğunu çatdırırlar və bu zaman onun yanında olan Nəcməddin Sadıkov qıcıqlanıb bunların boş söhbətlər olduğunu deyir. Bir müddətdən sonra general qətlə yetirilir və elə həmin gün də tələm-tələsik basdırılır. 3 zavallı onun qətlində ittiham edilərək 7-9 il arası həbs cəzası alır. Onlardan biri də generalın yavəri olur. Təbii ki, nələrisə bildiyinə görə...
 
Yadımdadır, 2017-ci ildə bu haqda bloq yazımı dərc edəndə diqqəti ondan yayındırmaq üçün mətbuata təcili göndərilmiş bir "sensasion" yazı atdılar. Sonra da unutdular əlbəttə... Rail Rzayevin qətli Azərbaycanın İsrailin dəstəyilə modernləşməkdə və Rusiyanın nəzarətindən çıxmaqda olan Hərbi-Hava Qüvvələrini dağıtmağa hesablanmışdı, amma özünü Səfər Əbiyevin qarşısında toy generalı Zakir Həsənovun qarşısında olduğu qədər sərbəst hiss etməyən Sadıkov o zaman həmin məqsədə çata bilmədi. Əvəzində isə 2019-cu ildə həmin məsələyə yenidən qayıdıldı. Bu dəfə MİQ-29 təyyarəsinin "qəzaya uğraması" bəhanəsi ilə. Hər şey plan üzrə gedirdi, lakin casus dəstəsi tərəfimizdən gözlənilməz ifşa zərbəsi alaraq geri çəkilməyə məcbur oldu. Əks halda 2020-ci il savaşında nə bayrakdarlar, nə haroplar, nə baraklar, nə də loralar olmayacaqdı.
 
Hamısını HDQ-nin gəmiləri, texniki vasitələri və hətta mayakları kimi darmadağın edəcəkdilər. Bunun nəticəsinin nə ola biləcəyini isə deməyə yəqin ki, xüsusi ehtiyac yoxdur”.

Ekspertin sözlərinə görə, Hərbi-Dəniz Qüvvələri dağıdılır və məlum olur ki, komandan Şahin Sultanovun kənarlaşdırılmasında birbaşa Nəcməddin Sadıkovun əli olub: "Onun yerinə gətirilənlərdən biri - Hicran Rüstəmzadə dəniz xüsusi təyinatlılarına barəsində yazdığım Cəfər Seyidovu rəis təyin edir və sonra da Seyidovun rəhbərliyi altında həmin dəstə Tərtər qarnizonunun şərlənmiş hərbçilərinə vəhşicəsinə divan tutur. Nəhayət, Tərtər qətliamında xüsusi canfəşanlıq göstərənlərin baş qərargaha və müdafiə nazirliyinin digər qurumlarına vəzifələrə çəkilməsi də birbaşa xain Sadıkovun planı üzrə baş verirdi. Baş qərargah 2020 savaşından 2 il əvvəl snayper hazırlığı proqramını ləğv edir və komandirlərə düşmənin silah-sursatının sayı haqda rəqəmləri azaltmağı tapşırır.
 
Yeri gəlmişkən, bunun əlimizdə səs qeydləri şəklində sübutları da var. Belə fəaliyyətin nəyə hesablandığını və hansı nəticələr verə biləcəyini anlamaq üçün isə Suvorov və ya Napoleon olmağa ehtiyac yoxdur məncə.

Sadıkovun fəaliyyətini 10 ildən artıqdır diqqətlə izləyən biri kimi onun cinayətlərini saatlarla sadalaya bilərəm, amma elə bunlar kifayət edir ki, bir neçə suala cavab axtaraq:

1. Oktyabrın ilk günlərində "yanlış" döyüş planı təqdim edərək ordunu itkilərə məruz qoyduğuna görə prezident tərəfindən kənarlaşdırılan Sadıkov niyə həbs olunmadı?

2. Onun fəaliyyətinin yoxlanılması üçün niyə istintaq-əməliyyat qrupu yaradılmadı?

3. O, ölkədən xaricə niyə və kimin qərarı ilə buraxılıb?

4. Onun vəzifədən azad edilməsi barədə əmr və ya sərəncam bu günədək niyə yoxdur?

5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi bu gün kimdir?

Nəhayət, sonda bir sualım da var: nə vaxtadək bu ölkəyə məqsədli ziyan vuran satqınlar, xainlər və cinayətkarlar mükafatlandırılacaq, vicdanlılar isə belələri tərəfindən şərlənəcək, işgəncələrə məruz qalacaq və ödürüləcək?”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO