Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50664
az

Baş nazirdən 190 manatlıq birdəfəlik ödənişlərlə bağlı AÇIQLAMA

14:3416 Mart, 2021
837
CƏMİYYƏT
  • A

Pandemiya fonunda 2020-ci ildə dövlətin məşğulluq və sosial rifaha dəstək tədbirləri ölkənin 4 milyon 800 min nəfərini əhatə edib. 

OXU24/COM-un məlumatına görə, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib.

Onun sözlərinə görə, ötən il 600 min işsiz və o cümlədən, xüsusi karantin rejimi dövründə gəlirini itirmiş şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəniş edilib və bu məqsəd üçün 450 milyon manat vəsait xərclənib.

"Ölkədə özünüməşğulluq proqramının əhatə dairəsi də genişləndirilib. Proqram 12 min 200 işsiz və işaxtaran aztəminatlı şəxsi əhatə edib. Məşğulluq və sosial rifahın dəstəklənməsi üzrə 610 milyon manat vəsait xərclənib”.

Baş nazir əlavə edib ki, 2020-ci ildə pandemiyanın təsirlərinin azaldılması məqsədilə sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi üçün 461 milyon manat vəsait ayrılıb. Həmçinin, qeyd edilib ki, 115 milyon manat həcmində də vergi güzəştləri tədbiq edilib

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maşınının nömrəsini dəyişən sürücü həbs edildi
Azərbaycanda nikah yaşı ilə bağlı məsələyə aydınlıq gətirildi - RƏSMİ
Prezident fərman imzaladı: Yeni publik hüquqi şəxs yaradılır

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi