Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50625
az

“Xiaomi Mi 10S” smartfonu nümayiş olunub

22:5915 Mart, 2021
801
CƏMİYYƏT
  • A

"Xiaomi" şirkəti "Mi 10S" smartfonunu təqdim edib. Bu barədə "GSM Arena" nəşrinin məlumatında deyilir.

Oxu24.com ictnews.az-a istinadən bildirir ki, qurğu aparıcı qabaqcıl modeli 2020-ci ilin fevralında təqdim edilən "Mi 10" seriyasına daxildir. Qurğu 2340х1080 pikselli 6,67 düymlük "AMOLED" ekranla buraxılıb. Displey, həmçinin "HDR10 " texnologiyasını və 90 giqahers yeniləmə tezliyini dəstəkləyir. Sol yuxarı küncdə 20 meqapikselli ön kamera üçün kəsik yerləşir. Smartfon "Snapdragon 870" çipi üzərində qurulub.

Bildirilir ki, "Xiaomi Mi 10S" smartfonu "LPDDR5" formatlı - 8-12 giqabaytlıq operativ yaddaş tutumu ilə təchiz edilib. Bundan başqa, qurğu "UFS3.0" formatlı 128-256 giqabaytlıq quraşdırılmış yaddaşla tədarük edilir. Smartfon 33 vatt gücündə sürətli simli enerjidoldurmanı dəstəkləyən 4780 milliamper/saat tutumlu akkumulyatorla buraxılıb. O, "MIUI 12" proqram təminatlı "Android 11" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Smartfonun arxa panelində 4 obyektivli kamera yerləşir. Aparıcı sensorun təsvir ölçüsü 108 meqapiksel, əlavə sensorların 13, 2 və 2 meqapiksel təşkil edir. Kamera maksimal "8K" təsvir ölçüsündə və saniyədə 30 kadr tezliyində videoçəkilişlər edir.

Beləliklə, model qabaqcıl "Mi 10" smartfonundan cüzi fərqlənir. Jurnalistlər qeyd edib ki, fərq 2020-ci il modelində "Snapdragon 865" prosessorunun və "Android 10" əməliyyat sisteminin mövcudluğundadır.

Səkkiz giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaş tutumuna malik "Xiaomi Mi 10S" smartfonunun əsas versiyasının qiyməti 3299 yuan təşkil edir. 12 və 256 giqabaytlıq yaddaşla təchiz edilən qabaqcıl modifikasiya 3799 yuan dəyərində qiymətləndirilib. Qurğu martın 12-dən etibarən satışa çıxarılacaq. Smartfonun beynəlxalq bazara çıxarılacağı barədə məlumat verilmir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı