Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50595
az

Bakıda 1 milyonluq yaqut daşını oğurlayanlar tutuldu - FOTO/VİDEO

20:0615 Mart, 2021
597
  • A

Xətai rayonunda nadir tapılan, yüksək qiymətli çəhrayı yaqut daşını soyğunçuluq yolu ilə ələ keçirən şəxslər saxlanılıblar.

DİN-dən Oxu24.com-a verilən məlumata görə, Cəlilabad rayon sakini bir müddət əvvəl ona məxsus çəkisi 14,88 qram olan qiymətli, nadir tapılan çəhrayı yaqut daşını satmaq istəyib. Daha sonra özünü Türkiyə vətəndaşı "Çağdaş” kimi təqdim edərək onunla əlaqə saxlayan bir nəfər həmin daşı almaq üçün görüşmək istədiyini bildirib. Zərərçəkənlə Xətai rayonu ərazisində görüşən həmin şəxs daşın keyfiyyətini və saflığını yoxlamaq məqsədi ilə çəhrayı yaqutu ondan alıb, daha sonra qaçaraq hadisə yerindən uzaqlaşıb.

Hadisə əvvəllər məhkum olunmuş paytaxt sakinləri Röyal İmamverdiyev və Ruslan Orucov tərəfindən törədilib. Həmin şəxslərin yaşadıqları mənzilə baxış zamanı zərərçəkənə məxsus yaqut daş, həmçinin, Ruslan Orucovun evindən əlavə 4 kiloqram 735 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Onlar cinayət yolu ilə əldə etdikləri yaqut daşı bir müddətdən sonra Türkiyə və ya Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq satmağı planlaşdırıblar.

Ruslan Orucov ifadəsində bildirib ki, zərərçəkmiş şəxs yaqut daşı 1 milyon dollara satmaq istəyirmiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 180.4 (Soyğunçuluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 234.4.3 (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN
Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO