Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50402
az

Vaksinlərin qadınlarda bu təsirləri aşkarlandı - ARAŞDIRMA

20:1911 Mart, 2021
2863
CƏMİYYƏT
  • A

"Evening Standard”ın hesabatına görə, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tədqiqatçıları ölkədə vaksinasiya olunan 13 milyon 700 min insanın məlumatlarını təhlil edib.

Sfera.az xəbər verir ki, tədqiqatçılar peyvənd vurulduqdan sonra təxminən 7000 nəfərin baş ağrısı, yorğunluq, başgicəllənmə və bu kimi problemlərlə qarşılaşdığını bildirib. İlk 13 milyon 700 min doza peyvəndin 61 faizi qadınlara tətbiq edilib. Bildirilib ki, peyvənd olunan qadınların 79 faizi onun əks təsirləri ilə üzləşib.

Pensilvaniya Kollecinin mütəxəssisi Şelli Kendefi "The New York Times”a verdiyi açıqlamada qeyd edib ki, vaksinasiyadan dərhal sonra özünü yaxşı hiss edib, ancaq bir müddət sonra bədəni buz kimi soyuq olmasına baxmayaraq, tərləyib.

Kendefi vaksinasiyadan sonra 7 xanım həmkarının 6-nın vücudlarının müxtəlif yerlərində ağrılar, titrəmə və yorğunluq kimi simptomlar olduğunu deyib. Lakin digər 8 kişi həmkarında sadəcə baş ağrısı müşahidə olunub.

Cons Hopkins Blumberq Xalq Sağlamlığı Məktəbinin mikrobioloqu və immunoloqu Sabra Kleyn araşdırmanın nəticələri ilə razılaşdığını və heç də təəccüblənmədiyini deyib. O, digər xəstəliklər üçün istifadə edilən peyvəndlərin də qadınlarda daha çox əks təsiri olduğunu vurğulayıb.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin İmmun Təhlükəsizliyi Ofisi rəsmisi Culiana Gi qadınların müxtəlif vaksinlərə daha çox reaksiya göstərdiklərini qeyd edib:

"Qadınlar daha yüksək risk altındadır, lakin vaksinlərin əks təsirlərindən narahat olmayın. Bu vəziyyət qadınların vaksinə daha güclü immun cavab verdiyini və daha güclü müqavimət qazandığını göstərir”.

2013-cü ildə aparılan araşdırmalarda da elm adamları donuz qripi peyvəndinə qarşı qadınların kişilərə nisbətən daha çox reaksiya göstərdiyini açıqlamışdı. 1990-2016-cı illərdə peyvəndləri əhatə edən başqa tədqiqatlarda da qadınların 80 faizində allergik reaksiyalara rast gəlindiyi bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

29 müəssisədə nöqsanlar aşkarlandı
Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO