Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49973
az

"Yoluxanların sayı bu həddə çatarsa, SƏRT KARANTİN REJİMİ tətbiq olunacaq"

21:0104 Mart, 2021
1883
CƏMİYYƏT
  • A

Bir həftənin içində yoluxma sayının birdən-birə bu qədər artmasının səbəbi ictimai nəqliyyatdakı sıxlıqdır.

Oxu24.com xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib.

O bildirib ki, yoluxma ehtimalının qarşısını almaq üçün metro açılmalıdır:

"Təhsil müəssisələrində dərslərin bərpa edilməsi nəqliyyatdakı sıxlığı daha da artırdı. Amma yoluxma sayındakı bu artım fantastik artım deyil, gözlənilən idi. Artım hələ ki, kontrol olunan dərəcədədir. Ancaq yoluxmanın kontroldan çıxma ehtimalı qalır. Onun proqnozun vermək, əslində, düzgün deyil, proseslər izlənilməlidir.

Yoluxma sayı əgər növbəti iki həftə ərzində, ya bayrama qədər mindən yuxarı qalxsa, o zaman yəqin ki, müəyyən qədər sərtləşdirmə tələb olunacaq. Keçən dəfə yoluxanların sayı bir neçə minə çıxandan sonra sərt karantin rejimi tətbiq edilmişdi. Ona görə bu dəfə, yəqin ki, yoluxma sayı minə çatana qədər sərt tədbirlərə ehtiyac olmayacaq.

Yoluxma ehtimalının qarşısını almaq üçün metro açılmalıdır, vaksinasiyanın intensivliyi artırılmalıdır. Amma əsas problem ictimai nəqliyyatla bağlıdır. Düşünürəm ki, metronun fəaliyyəti bərpa edilsə, yoluxma riski də azalar".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı